Azərbaycan son dövrlərdə bir sıra beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edərək sivil, demokatik, multikultural və sülhpərvər siyasət yürüdən dövlət olduğunu isbat etmişdir. Otuz ildən cox işğal altında olan torpaqlarını cəmi 44 gün ərzində azad etdərək möhtəşəm qələbə caldıqdan sonra isə ölkəmizin nüfuzu daha da artmışdır. “Belə mötəbər Forumun ölkəmizdə keçirilməsi də məhz dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Forumun paytaxtımızda keçirilməsi onu göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun müasir dünyada yeri və roluna mühüm əhəmiyyət verir”.
Respublikamızın Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilən IX Qlobal Bakı Forumu həm müzakirə olunan mövzuların əhəmiyyəti, həm də çoxşaxəliliyi baxımından, dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq konfrans və forumlardan tamamilə fərqlənir.
Prezidentimiz cənab İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bir sıra vacib məqamlara və məsələlərə toxunmuşdur. Burada ən vacib məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında vaxtilə mövcud olan münaqişənin həlli məsələsidir. Cənab Prezident İlham Əliyev Ermənistana bir daha xəbərdarlıq etdi və Zəngəzur dəhlizinin açılmasının vacibliyini xüsusi olaraq vurğuladı.
O, qeyd etmişdi ki: "Əgər Ermənistan Zəngəzur dəhlizini açmasa, yekun sülh müqaviləsi imzalanmasa, o zaman Azərbaycan bir sıra addımlar atacaq. Bu gün Azərbaycanın əlində kifayət qədər tarixi faktlar, əsaslar var ki, vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizi Ermənistana verilmişdir. Azərbaycan da belə olduğu təqdirdə addım ataraq Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Ermənistan bunu nəzərə almalıdır."
Prezidentimiz Beynəlxalq Forumdan Ermənistana bir daha öz mesajını göndərərək qeyd etmişdir: "Yəni, bu gün Ermənistan nə qədər cəhd etsə də, Minsk qrupunun yenidən dirçəldirməsinə nail ola bilməz. Artıq belə bir qrup yoxdur, bu məsələ bitib. Burada digər bir mühüm məsələ isə ondan ibarətdir ki, Ermənistan çox ciddi nəticə çıxarmalıdır. Əgər Ermənistan nəticə çıxarmasa, Azərbaycan bununla bağlı bir sıra addımları atacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu və Qarabağın statusu ilə bağlı 2020-ci il 10 noyabr razılaşmasında hər hansısa bir maddə və ya bənd yoxdur. Ona görə də Ermənistan bütün bunları nəzərə almalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir."
Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.
Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.
Sabunçu rayonu, 293 saylı tam orta məktəbin
fiziki tərbiyə müəllimi Nurəddin Daşdəmirov