Azərbaycan regionda sülhü ən çox istəyən və buna çalışan ölkədir. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə təşkil olunan görüşdə aparılan müzakirələr də bunu göstərdi. Putin də razılaşmaların icrası ilə bağlı Azərbaycanın kifayət qədər fəal işlədiyini xüsusi olaraq qeyd etdi. Soçi görüşündə bir daha aydın oldu ki, Ermənistan hələ də sülh danışıqlarına hazır deyil və xüsusən də bu məsələdə özünün vahid yanaşma planı yoxdur, başqa qüvvələrin təsiri altındadır. Görüşdə bir daha bəli oldu ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, münaqişə iki il bundan əvvəl həll edilib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına gəldikdə isə, əlbəttə, Soçi görüşü çox ciddi addımlar tələb edən formatdır. Ancaq Ermənistanın baş nazirinin Soçidəki destruktiv əməlləri göstərdi ki, bu ölkə hələ də məsələnin ciddiliyini və mahiyyətini dərk etmir. Ermənistan rəhbərliyi Azərbaycanın maraqlarına zidd təkliflərin heç birinin müzakirə olunmayacağını hələ də anlamır. Azərbaycan Ermənistana növbəti dəfə öhdəliklərini xatırlatdı. İrəvan pozucu fəaliyyətdən əl çəkərək, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmalıdır. Tərəflər arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasına dair razılıq da sülhə yaxınlaşmaq üçün olduqca vacibdir. Bir şərtlə ki, Ermənistan bu razılaşlamaları icra etsin, manipulyasiyalardan uzaq dursun.
Növbəti mərhələdə isə ölkələrimiz arası bütün kommunikasiyalar açılmalıdır. Zəngəzur dəhlizinin digər açılacaq kommunikasiyalardan fərqli statusu olmalıdır. Bu status onu özündə ehtiva edir ki, bütün sərnişinlər, avtomobil və dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri Naxçıvana maneəsiz keçməlidirlər. Qeyd edək ki, Rusiya Azərbaycanla Ermənistan arasında mübahisələrin ədalətli həllinə, o cümlədən Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməsinə hazır olduğunu bir daha bildirdi. Soçidəki üçtərəfli görüşdə də bu məsələ ətrafında fikir mübadiləsi aparıldı və bildirildi ki, regionun gələcəyi davamlı sülhün üzərində qurulmalıdır və bunun alternativi yoxdur.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri