Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Pasinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirildi.,, Qarabağ münaqişəsi tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də burada muzkirə edilməli məsələ yoxdur” – bu sözləri görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səsləndirib. Bəli, çoxillik Qarabağ münaqişəsinə iki il əvvəl Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu son qoydu.2020-ci il sentyabrın 27-də baslanan Vətən müharibəsində Ordumuz zəfər çaldı Cəmi 44 gün ərzində illərlə düşmən tapdağı altında qalmış, xarabalığa çevrilmiş Vətən torpaqları azad edildi. Noyabrın 8-də Şuşanın qeyri-adi döyüş taktikası ilə azad edilməsindən sonra işğalçı Ermənistan müharibənin davam etdirməyin mənasız olduğunu anladı. Noyabrın 10-da kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanat qəbul edildi, Ermənistan məğlubiyyəti qəbul etdi. Bununla da Qarabağ münaqişəsinə son qoyuldu.
Müharibədən iki il keçib. Postmünaqişə dövrünü yaşayırıq. Azərbaycanın regionda rolu daha da artıb. Bu baxımdan Soçi görüşü çox əhəmiyyətlidir. Görüşdə İlham Əliyev vurğulayıb ki, münaqişədən sonra Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmalıdır. Bu isə çox ciddi addımlar tələb edən formatdır. Bildiyimiz kimi Azərbaycan qalib dovlət kimi 5 əsas prinsip irəli sürüb. Onların əsasında münasibətlər normallaşmalıdır. Görüsdə üçtərəfli Bəyanat qəbul edilib. Bəyanatda deyilir:
“Biz, Azərbaycan-Ermanistan münasibətlətinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə bu sazişlərə ciddi əməl etməyə sadiq olduğumuzu bir daha təstiq edirik”.
Bu Bəyanat İlham Əliyevin novbəti diplomatik qələbəsidir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
tarix müəllimi Könül Mirzəyeva