31 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüş baş tutub. Rusiya Federasiyasının prezidenti Vladimir Putin əvvəlcə Ermənistan nümayəndə heyəti,sonra baş nazir Nikol Paşinyanla görüşüb. Daha sonra Azərbaycan nümayəndə heyəti və Prezident İlham Əliyevlə təkbətək danışıq keçirilib.Bu üçtərəfli görüşün əhəmiyyəti Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradacaq. Xalqlar arasında münasibətlərin normallaşması üçün əhəmiyyətli olacağı düşünülür.
10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməyə əsasən Ermənistan "kapitulyasiya" aktına imza ataraq təslim oldu və illərdi davam edən Ermənistan- Azərbaycan münaqişəsinə son qoyulmuşdu. İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfi müsbət addımlar atsa da, Ermənistan tərəfi təcavüzkar addımlar atmağa davam edir. Azərbaycan bu görüşdə də beş baza prinsipini əsas götürərək Beynəlxalq hüquq əsasında Azərbaycan Respublikasının bütün dünya tərəfindən tanınmış sərhədlərin bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, Qarabağ münaqişəsi tarixdə qalıb. İki il bundan əvvəl münaqişə başa çatıb. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Rusiya tərəfi münaqişənin nizamlanmasında mühüm rol oynayıb. Hazırda Rusiyanın sülhməramlı kontigenti öz missiyanı necə yerinə yetirməli idisə, eləcə də yerinə yetirməyə davam edəcək. Bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar iqtisadi xarakterli məsələləri qeyd etmək olar. İqtisadi əlaqələrlə bağlı üçtərəfli işçi qrupu yaradılıb və buna baş nazirlərin müavinləri rəhbərlik edirlər. Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edən formatdır. Bu məqsədlərə nail olmaq işində Rusiyanın fəal roluna ümid edirik.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova