Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutmuşdur.
Təqdim edilən yekun sənəddə "Qarabağ" və ya "Dağlıq Qarabağ" termini işlədilməmişdir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı üçtərəfli görüşdən əvvəl Vladimir Putinlə keçirilən ikitərəfli görüşdə səsləndirdiyi "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O məsələ iki il bundan əvvəl həll edilib.Buna görə də burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur" bəyanatının təzahürü olaraq qəbul etmək olar.
Soçi bəyanatında Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılması barədə heç bir məsələ öz əksini tapmamışdır. Halbuki rəsmi İrəvan bütün tribunalardan Azərbaycanın hərbi cinayətkar saydığı şəxsləri geri qaytarmasını tələb edirdi. Yekun sənədin ən önəmli məqamlarından biri dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsidir. Üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarına aid heç bir müddəa öz əksini tapmadı. Beləliklə bu görüşü də Ermənistanın növbəti diplomatik məğlubiyyəti adlandırmaq olar. Prezident İlham Əliyev isə Soçi görüşündə qətiyyətlə çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı və ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha vurğuladı.
Prezident növbəti dəfə bəyan edərək bildirdi ki, "Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim millətimizdir və biz onların heyatını necə idarə edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. İşğal dövründə heç bir ölkə, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç bir ölkə ilə müzakirə etmirik."
Qarabağ Azərbaycandır!
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Könül Mustafayeva