Azərbaycan normallaşma istiqamətində ən fəal işləyən tərəfdir. Soçi görüşünün yekunları da bunu bir daha təsdiqlədi. Hətta Rusiya prezidenti Vladimir Putin də razılaşmaların icrası ilə bağlı Azərbaycanın kifayət qədər fəal işlədiyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər yerdə olduğu kimi son Soçi görüşündə də Azərbaycan dövlətinin milli maraqlarını ehtiva edən mövqeyimizi açıq şəkildə ortaya qoydu. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə, eləcə də üçtərəfli görüş zamanı öz fikirlərini qətiyyətlə bildirdi və Azərbaycanın güclü iradəsini ortaya qoydu. Yəni Qarabağ deyə bir konfilikt hər hansı bir problem Azərbaycan üçün yoxdur və Qarabağ məsələsi Azərbaycan üçün artıq bitmişdir. Bundan sonrakı məsələlərdə beş maddəlik beynəlxalq hüquqi prinsiplərini özündə ehtiva edən və hər iki dövlətin maraqlarına xidmət edən yeganə sülhün, barışın və əmin-amanlığın gəlməsi üçün sülh müqaviləsi imzalanması delimitasiya və demarkasiya ilə bağlı Ermənistanın bu günə qədər də müxtəlif bəhanələrlə yaymış olduğu məsələlərdə konkret nəticəyə gəlinməsi ilə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu. Bu baxımdan fikir verəriksə üçtərəfli bəyanatın heç bir bəndində Qarabağ sözündən istifadə olunmamışdır. Bu da Azərbaycan dövlətinin xarici siyasətdəki iradəsinin əyani bir sübutudur və hamımız əmin ola bilərik ki, bundan sonra atılacaq addımlar Azərbaycan dövlətinin bilavasitə iradəsi ilə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ölkəmizdə bizim maraqlarımızın qoruması şərti ilə müsbətə doğru irəliləyəcək.
Paşinyan Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb. Lakin onun budəfəki cəhdləri də nəticəsiz qalıb. Hətta Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına da cəhd göstərib. Təbii ki, bütün görüşlərdə olduğu kimi, budəfəki görüşdə də Azərbaycanın maraqları təmin olundu və Ermənistan rəhbərliyinin pozucu təklifləri rədd edildi. Rusiya Prezidenti Vladimir Putinin də təkidi ilə qəbul edilən bəyanatda əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir.
Səriyyəxanım Səfərova - 7 saylı Birləşmiş Şəhər xəstəxanasının baş həkimi