Zəfər Qələbəsi günü yaxınlaşır. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.
Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri zamanı öncə diqqəti Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşə yönəltsək, görərik ki, ölkələr arasında münasibətlərin normallaşmasında ikitərəfli görüşlərin əhəmiyyəti böyükdür.
Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Ermənistan tərəfi birdəfəlik anlamalıdır ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti V.Putinə dediyi kimi, Qarabağ münaqişəsi tarixdə qalıb, bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı ilə Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması təsdiq olundu. Bu Bəyanata sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi daxildir.
Qarşıda hər iki ölkəni təxirəsalınmaz məsələlər gözləyir. Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub, bu da təhlükəsizliyin qorunması üçün prioritetdir.
Azərbaycan atdığı bütün addımlarda Beynəlxalq hüquq və normalara sadiqlik göstərir. Münaqişə çərçivəsində olan bütün problemli məsələlərin güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmasının tərəfdarıdır.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır. İnanırıq ki, Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edən formatdır. Hər iki ölkə önəmli prinsiplərə sadiqlik göstərərək məsələnin həllinə nail olmalıdırlar.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri.