Azərbaycanla Ermənistan liderləri arasında keçirilən danışıqlar formatından və yerindən asılı olmayaraq ölkəmizin təqdim etdiyi 5 baza prinsipi əsasında aparılır. 31 oktyabrda Rusiya prezident Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüşü də Azərbaycanın regionda davamlı yaratmaq təklifi üzərində quruldu və müzakirə olunaraq razılaşdıran məsələlər ondan əvvəl razılaşdırılmış məsələlərin icrasının sürətlənməsinə töhfə verəcəkdir. Beləliklə, Soçi görüşündə əsasən 3 məsələ razılaşdırıldı. Birincisi BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi və ilin sonuna qədər konkret nəticələrə imza atmağı ilə bağlıdır. Təbii ki, ölkəmiz delimitasiya və demarkasiya prosesinin tezləşdirilməsinin tərəfdarıdır. Çünki sərhədlərin delimitasiyası və demarkasiyası bir çox mübahisəli məsələlərin həllinə gətirməklə Ermənistanla sülh müqaviləsinin imzalanmasına yol açacaqdır. İkinci razılaşma humanitar məsələlərlə bağlıdır. Belə ki, görüşdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyi qeyd olundu.
Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə dair razılıq Ermənistana növbəti dəfə öhdəliklərini xatırlatdı. İrəvan pozucu fəaliyyətdən əl çəkərək, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmalıdır. Tərəflər arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasına dair razılıq da sülhə yaxınlaşmaq üçün olduqca vacibdir. Sadəcə, Ermənistan bu razılaşlamaları icra etməli, siyasi manipulyasiyalardan əl çəkməlidir.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi