Azərbaycanın 44 günlük müharibədə düşmən üzərində hərbi, daha sonra 9 noyabr və 2021-ci il 11 yanvar bəyanatları ilə diplomatik müstəvidə qazandığı qələbələr Soçi və onun ardınca isə dekabrın 14-15-də qəbul olunan Brüssel bəyanatı ilə daha da möhkəmləndi. Çünki Soçi bəyanatında əks olunanlar Azərbaycan tərəfinin daim tərəfdaş olduğu, bəyan və diktə etdiyi müddəalar, həmçinin, Brüsseldə imzalan bəyanat da mahiyyət etibarilə dövlətimizin növbəti siyasi-diplomatik qələbəsinin sənədli faktıdır. Hərb meydanında Azərbaycanın qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistan acı aqibətini anlayaraq ötən ilin noyabrında kapitulyasiya aktına imza atmışdı və elə bu ilin 11 yanvarında ölkəmizin irəli sürdüyü bütün müddəaları qəbul etmişdi. Daha doğrusu, İkinci Qarabağ müharibəsinin qalib və məğlubu arasında aparılan sülh danışıqları, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlərin vəziyyəti, məhz dekabrın 14-15-də Belçikada bir daha nəzərdən keçirildi. Ən maraqlı məqam isə istər Soçi, istərsə də Brüssel görüşündə qalib Azərbaycan Prezidenti İlham Əliyev qarşısında Nikol Paşinyan yenə məğlub və çarəsiz göründü. Çünki həm noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə keçirilən üçtərəfli görüşdə olduğu kimi, Brüsseldə də şərtləri Azərbaycan Prezidenti İlham Əliyev diktə etdi. Azərbaycan Prezidenti dünya birliyinin diqqətinə çatdırdı ki, məğlub ölkə götürdüyü öhdəliyi yerinə yetirməkdən açıq-aşkar boyun qaçırır. Bu da tərəflər arasında sülh sazişinin imzalanmasını gecikdirir.
Bəli, Brüssel görüşü bir daha sübut etdi ki, şərtləri qalib lider diktə edir və məchub olan ölkənin rəhbəri də bu şərtlərə əməl etməlidir. Çünki 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsi, məhz Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev 30 ildə həll olunmayan qondarma «DQ»nin həllinə «Dəmir yumruq» əməliyyatı ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərin qəhrəmanlığı ilə 44 gün ərzində haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpasına və Qarabağımıza qovuşdurdu.
İstər Soçi, istərsə də Brüssel görüşlərində bir daha sübut olundu ki, Azərbacan Prezidenti qalib lider olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə də həqiqətləri açıqlayacaq və açıqladı da! Prezident müharibədən ötən bir il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü böyük işləri göstərərək dünyaya bəyan etdi ki, Azərbaycan, hər zaman olduğu kimi, sülh tərəfdarıdır. Öhdəliklərin yerinə yetirilməsi də bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Ancaq görünən odur ki, Ermənistan yenə də hansısa bəhanələr uydurmaqla vaxt uzadır. Yəni, Azərbaycan bu istiqamətdə nəticəyönümlü addımlar atır. Amma Ermənistan da xoş məram sərgiləməlidir. Azərbaycan Zəngəzur dəhlizinin hüquqi rejim nöqteyi-nəzərindən Laçın dəhlizinin eynisi olmasını tələb edir və tamamilə haqlıdır. Çünki 10 noyabr 2020-ci il imzalanan üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi, maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.
Dövlət başçısı həm də vurğulayıb ki, Qarabağ müharibəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik: "Müharibə bitəndən sonra bir ildən çox müddətdə
Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq. Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik".
Göründüyü kimi, bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Soçidə imzalanmış bəyanat və ondan sonrakı növbəti Brüssel görüşü bir daha göstərdi ki, şərtləri qalib ölkə diktə edir və məğlub və aciz olan Paşinyan da anlamalıdır ki, şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Həmçinin şərtlərə və götürdüyü öhdəliklərə əməl etməyərək təxribatlar törətməklə, bütün dünya bir daha Ermənistanın 44 günlük Vətən müharibəsindəki məğlubiyyəti ilə barışmaqda çətinlik çəkdiyinin və buna görə də Azərbaycana qarşı təxribatlara əl atdığının şahidi oldu. Amma bu dəfə də Azərbaycanın “dəmir yumruğ”unu dadaraq yerinə otuzduruldu və Ermənistan bir daha unutmayacağı şəkildə anladı ki, əl atdığı bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınacaq. Və buna görə də zatən Paşinyan və Ermənistan yeni reallıqları qəbul eləməli, eyni zamanda, həmin reallıqlarla barışmalıdır. Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq!
Qalib ölkənin qalib lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi: “Ermənistan istəsə də, istəməsə də...”
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev