Ötən il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat ilə təkcə hərbi əməliyyatlar dayandırılmadı, həm də Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək ağır məğlubiyyətini qəbul etməli oldu
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazanılan hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsinə çevrildi. Bu böyük Qələbə məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusudur.
Azərbaycan bu Bəyanat ilə həm hərbi, həm də siyasi qələbə qazanmaqla yanaşı, Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirdi. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Nəhayət, Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək rəsmi Bakının şərtlərini qəbul etməli oldu. Bu Bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutur. Regionda nəqliyyat əlaqələri Ermənistanın təxminən 30 il idi davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində məhdudlaşmışdı. Üçtərəfli Bəyanatın 9-cu maddəsi bu əlaqələrin bərpasını təmin edəcək. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir. Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Bakıda hesab edirlər ki, regionda davamlı sülhün bərqərar olmasında əsas vasitə ölkələrarası əməkdaşlıqdır. Bəyanatın beşinci bəndinə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar edib.
Bir sözlə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarix boyu arzuladığı birliyi və həmrəyliyi nümayiş etdirdi. Bu sarsılmaz birlik Qələbənin rəhninə çevrildi. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 8 Noyabr - Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisə oldu. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət, iki dövlət” strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır.
Maştağa qəbəsi, 209 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aytac Quliyeva