Müstəqil Azərbaycan dövlətinin inkişafına təkan verən göstəricilərdən biri də qonşu ölkələrlə əlaqələridir. Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə üstünlük qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir.
Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur - qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi. Qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya sahibdir. Rəsmi Bakı, təbii olaraq, Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Bu, özünü siyasi münasibətlərdə də, xarici ticarət dövriyyəsində də göstərir.
Qonşu ölkələrlə əlaqələr strateji siyasi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi baxımdan da vacibdir. İxrac, xüsusilə qeyri-neft sahəsində ixrac potensialının tam olaraq realizə olunmasını prioritet kimi müəyyən etmiş Azərbaycanın ixrac payında qonşu ölkələr mühüm paya sahibidir. Qeyri-neft ixracında artım məhz bunun ifadəsidir.
Azərbaycan Türkiyə ilə əlaqələri yalnız strateji siyasi və iqtisadi müttəfiqlik deyil, “bir millət, iki dövlət” qədər yaxındır. Bəli, iki ölkəni bu cür həssas tellərdən əlavə iqtisadi-ticari əlaqələr də bir-birinə bağlayır. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir.
İki ölkəni bir-birinə həm də nəqliyyat infrastrukturu və enerji layihələri bağlayır. Türkiyə Azərbaycan qazının ilk alıcılarından biridir. Cənub Qaz Dəhlizi, onun vacib komponenti “Enerjinin İpək Yolu” adlandırılan TANAP, eləcə də Bakı-Tbilisi-Qars nəqliyyat infrastrukturu Azərbaycan və Türkiyənin birgə mühüm infarstruktur layihələridir və görünən odur ki, Şimal-Cənub, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizinin aktuallığının artdığı bir dövrdə hər iki ölkənin beynəlxalq hab kimi əhəmiyyəti də artmaqdadır. Bütün bunlar isə yalnız iki ölkə üçün yox, bütün tərəfdaşlar üçün təhlükəsizlik və iqtisadi gəlir deməkdir.
Azərbaycanın xarici siyasətində qətiyyətlilik, etibarlılıq, o cümlədən müxtəlif güc mərkəzləri arasında körpü funksiyası aydın ifadə olunur. Bu, özünü cənub qonşumuz İranla münasibətlərdə də göstərir.
Son illərdə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılmışdır.
Gürcüstanla iqtisadi-ticarət əlaqələrində də artım müşahidə olunur. İki ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır. Bu artımda Azərbaycanın funksionallıq qazandırdığı beynəlxalq marşrut dəhlizləri də əhəmiyyətli rol oynayır.
Son dövrlərdə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin artdığı diqqət çəkir və əlaqələr qarşılıqlı əhəmiyyət kəsb edir. Bu gün Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır İki qonşu ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir. Azərbaycan və Rusiya arasında əlaqələr nəqliyyat və digər tranzit infrastrukturunun şaxələnməsinə də təkan verir.
Daha bir diqqətçəkən məqam odur ki, iki ölkə arasında əlaqələr qeyri-neft sektorunda irəliyə doğru addımlayır - maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.
Beləliklə, əlaqələr şaxələnir - iqtisadi tərəfdaşlar müxtəlif platformalarda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ortaq mövqedən çıxış edir, bir-birini dəstəkləyir.
Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması cari ildə həyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir.
Əzimova Aytən
Sabunçu rayonu, 107 nömrəli tam orta məktəbin əməkdaşı