İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü xarici siyasət və rəşadətli Azərbaycan ordusu sayəsində Azərbaycan öz əbədi-əzəli torpaqlarını işğaldan azad etdi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində şanlı ordumuz noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi. Dəmir yumruq döyüş meydanında Ermənistanı diz çökdürdü və kapitulyasiya imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam, Laçın rayonları qan tökülmədən geri qaytarıldı. Azərbaycan haqqı olan ədaləti özü bərpa etdi. Lakin bunlara baxmayaraq, hələ də bəzi problemlər öz həllini tapmayıb.
Ermənistan tərəfi öz məkrli siyasətindən əl çəkmir, cəbhəboyu ərazilərdə müxtəlif təxribatlar törətməkdə davam edir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb. 250-dən çox azərbaycanlı mübaribədən sonra ya həlak olub, ya da ağır yaralanıb. Ermənistan tərəfi hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırır. Onların bu addımları sülhə xələl gətirir.
Ermənistanın işğalçı siyasəti nəticəsində mədəni irsimizə də böyük zərər dəyib. Ümumi sayı 403 olan Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələrimizin bir qismi dağıdılmış, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmişdir. Erməni vandalları dini abidələrimizi dağıtmaqla qalmamış, həm də təhqir etmişlər. Bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüz sayılmalıdır.
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparır və humanist mövqedən yanaşaraq Ermənistana sülh müqaviləsi təklif edir.
Sabunçu rayonu, 74 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Alıyeva