İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq- ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi Qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzun ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın, Şuşa hərbi güclə işğaldan azad olundu.Sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin hər günü Azərbaycanın işğal olunmuş şəhər, kənd, qəsəbə və strateji yüksəkliklərinin azad edilməsi ilə nəticələnirdi. Ölkə vətəndaşları hamılıqla böyük sərkərdə - Ali Baş Komandanımızın müjdə dolu xəbərlərini intizarla gözləyirdilər. Bütün hərbi əməliyyatlar müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində müvəffəqiyyətlə aparılırdı. Müharibənin ilk günü artıq bir neçə kəndin 30 illik işğaldan azad edildi. Oktyabrın 3-də Madagiz də Ermənistan qoşunlarının tapdağından qurtuldu və onun əvvəlki adı – Suqovuşan bərpa edildi. Torpaqlarımızı işğaldan qurtarmaq naminə canını və qanını belə, əsirgəməyə hazır olan igid Azərbaycan əsgərinin şücaəti sayəsində oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi 27 ildən sonra işğalçı ermənilərdən azad edildi. Ali Baş Komandan cənab İlham Əliyev bu münasibətlə xalqa müraciətində demişdir: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik”. Lakin ermənilər öz ənənəvi xarakterlərinə sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır, cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər.
Cəsur Azərbaycan Ordusu düşmənin yalnız hərbi qüvvələrinə və obyektlərinə zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı. 2020-ci il oktyabrın 4-dən başlayaraq döyüş bölgəsindən xeyli uzaqda – 60 km məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, strateji sənaye əhəmiyyəti daşıyan Mingəçevir və Beyləqan şəhərlərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutuldu, nəticədə ölən və yaralananlar oldu. Erməni həyasızlığı heç bir sərhəd tanımır, erməni tərəfi Gəncənin raket zərbələri ilə dağıdılmış görüntülərini yayaraq, bunu azərbaycanlıların dağıtdığı erməni şəhəri kimi
qələmə verirdilər! Erməni qəsbkarları Tərtər, Bərdə və digər şəhərlərimizi də atəşə tuturdular. Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düş mənin silahlı birləş mələri tərəfindən Bərdə şəhərinə - dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 22 nəfər həlak oldu, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bəli, bu xalq bir daha mübariz, cəsur olduğunu dünyaya sübut etdi. Xalqın 30 illik Qarabağ həsrətinə son qoyuldu və Azərbaycanın ərazi bütovlüyü təmin edildi.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
tarix müəllimi Jalə Qurbanova