1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməyib. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı.
Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyuldu.. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salındı. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirib.. Xocalı soyqırımı 13 ölkə tərəfindən rəsmi şəkildə tanınıb. Bu günə kimi Ermənistana təzyiqlər göstərilməyib, əməllərinin cəzasız qaldığını görən erməni hərbi-siyasi rəhbərliyi xalqımıza qarşı dəfələrlə soyqırımı cinayətləri törədiblər.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olundu. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatdı. Münaqişə tarixdə qaldı. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət edib. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılıb. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilib. Hazırda qarşıda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır.
Babayeva Xədicə, 112 saylı orta məktəbin direktoru