DAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİR

DAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİR “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.2.9-cu bəndinin tələblərinə uyğun Daşkəsən rayonunda kənd təsərrüfatının strukturu, inkişaf meyilləri, maddi-texniki bazası, işçi qüvvəsi və s. barədə müfəssəl məlumatların əldə edilməsi, habelə hazırkı mövcud vəziyyətinin monitorinqi aparılır.

Bu məqsədlə iyunun 17-də Dövlət Statistika Komitəsi tərəfindən təhkim olunmuş əməkdaşlar Əli Nəsibovun, Xəzər Əhmədlinin, Fərəc Fərəczadənin və Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Aidə Nağıyevanın iştirakı ilə Daşkəsən şəhərində, rayonun Quşçu və Rəsullu kəndlərində sakinlərlə görüşlər keçirilib, sorğular aparılıb.

Görüşlər zamanı qeyd olunub ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institutsional dəyişikliklərin müəyyən edilməsi kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün ölkəmizdə Kənd təsərrüfatının siyahıyaalınmasının həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Kənd təsərrüfatı siyahıyaalınması, nəticələrinin nəşri Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilmişdir. Kənd təsərrüfatı sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Daşkəsən rayonunda da uğurla davam etdirilir.

Monitorinqlər çərçivəsində sakinlərin sualları cavablandırılıb, ətraflı izahat işləri aparılıb. Qeyd edək ki, belə görüşlər rayonun digər yaşayış məntəqələrində də mütəmadi olaraq davam etdiriləcəkdir.



Elmar Əliyev –Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

DAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİRDAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİRDAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİRDAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİRDAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİRDAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYİLLƏRİNƏ DAİR MƏLUMATLARIN ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Oxşar xəbərlər