Azərbaycanda aqrar sahəyə dair statistik portal bu il tam hazır olacaq

Azərbaycanda aqrar sahəyə dair statistik portal bu il tam hazır olacaq Azərbaycanda aqrar sahə ilə bağlı məlumatların vahid mənbədən əldə edilməsini həyata keçirmək məqsədilə yaradılmış agrodata.az portalında təkmilləşdirmələr aparılaraq istifadəçilər üçün çoxsistemli funksionallıq yaradılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin ötənilki fəaliyyətinə dair hesabatı xəbər verir.

“Portalda kənd təsərrüfatı sahəsi üzrə göstəricilər ölkə və rayonlar üzrə qruplaşdırılmış, sistemli formada qruplar və altqruplar şəklində strukturlaşdırılıb. Eyni zamanda istifadə təyinatından və istifadəçinin məqsədindən asılı olaraq həm birbaşa axtarış, həm çoxfunksiyalı filtrlə axtarış sistemi yaradılıb, məlumatların seçilmiş formada müxtəlif yükləmə funksiyası əlavə edilib. Sistemdə müəyyən məlumatların vizuallaşdırılması da aparılıb. Nəzərdə tutulur ki, aqrar sahə üzrə bütün statistik məlumatların tam şəkildə əhatə olunduğu vahid mənbə kimi agrodata.az portalının tam hazırlanması bu il yekunlaşdırılsın”, - deyə sənəddə qeyd olunub.report

Oxşar xəbərlər