Daşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib

Daşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib Daşkəsən rayonunda heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin görülməsi işi mütəmadi olaraq aparılır. Bu məqsədlə keçirilən reydlərdə rayon əhalisinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyət öyrənilir, sanitariya-gigiyena normalarına cavab verən ət kəsimi fəliyyəti ilə bağlı sahibkarlar maarifləndirilir.

İyun ayının 7-də Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional bölməsi Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Polis şöbəsinin əməkdaşları ilə birgə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 11 iyun 2018-ci il tarixli, 199 nömrəli Sərəncamının 1.1 və 1.3-cü bəndlərinə əsasən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması və Azərbaycan Respublikası Prezidentinin 1143 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.2.6-cı bəndinin icrasının təmin edilməsi üçün rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində növbəti reydlər keçirmişdir.

Reydlər zamanı rayon ərazisində bəzi məntəqələrdə baytarlıq nəzarəti həyata keçirilmədən heyvan kəsiminin həyata keçirildiyi və ət məhsullarının sanitariya-gigiyena normalarına cavab vermədən satışa çıxarıldığı məlum olmuşdur. Qanunvericiliyin tələblərinin pozan 5 məntəqə aşkarlanmışdır. Onlardan 1-nə inzibati akt tərtib edilmiş, 4-nə isə xəbərdarlıq olunmuşdur. Bununla yanaşı sahibkarlara fəaliyyətlərini qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırmaq və heyvan kəsimini mərkəzləşdirilmiş müasir kəsim məntəqələrində həyata keçirməklə bağlı göstərişlər verilmişdir.


Daşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilibDaşkəsən rayonunda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib

Oxşar xəbərlər