Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmanda bildirilir ki, aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu (bundan sonra – Elmi Tədqiqat İnstitutu) publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə (bundan sonra – Mərkəz) çevrilmə yolu ilə yenidən təşkil edilsin.
Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq ekspertlərin Mərkəzin fəaliyyətinə cəlb edilməsini təmin etməli və onun fəaliyyətinin dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkili ilə bağlı tədbirlər görməlidir.
Fərmanla, Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat ayrılıb.
Fərmandan irəli gələn digər qanunvericilik məsələlərinin həlli aidiyyatı dövlət qurumlarına tapşırılıb.