Fevralın 22 – də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar. Bəyannamənin bütün müddəaları Azərbaycan milli maraqlarına tam uyğundur. Hətta bu sənədi Azərbaycan ərazi bütovlüyünə,müstəqilliyinə və təhlükəsizliyinə və növbəti dəstək kimi də qiymətləndirmək olar.Tərəflər iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edərək Bəyannamənin tərkib hissəsi olan 43 bəndi əhatə edən müddəaları bəyan edirlər. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. İmzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Böyük Qafqazda yeni bir regional nizami, konfiqurasiya formalaşır: Azərbaycan, Türkiyə və Rusiya. Qazandığımız hərbi zəfərin siyasi - diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.
Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güç mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Bəyənnamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütovlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir – birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Milli maraqların aliliyi, beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu, uzunmüddətli sülh naminə əməkdaşlıq, hərbi – texniki və siyasi əməkdaşlıq, humanitar, səhiyyə, aqrar – sənaye kompleksi və s. sahələrdə əməkdaşlıq bəyənnamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələridir.
Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütovlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır.
Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2021 – ci il tarixdə üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni imkanlar yaradır. Bu isə Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin reallaşmasına növbəti dəstəkdir. Bu baxımdan da Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyənnaməsinin imzalanması tarixi hadisədir.
Bütün bunlar bir daha sübut edir ki, müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verir.
Türkiyə ilə imzalanmış Şuşa bəyənnaməsi kimi Rusiya ilə Moskva bəyənnaməsi də Azərbaycanın ərazi bütovlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.
90 nömrəli tam orta məktəbin müəllimi
Həsənova Vəsilə Murtuz qızı