Şuşa bəyannaməsi çox mühüm məsələləri özündə ehtiva edir. Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Belə ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur. Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin dəhliz vasitəsilə Naxçıvandan birbaşa Türkiyəyə və Avropaya çıxışın əldə olunması böyük nəaliyyətdir.
Şuşa Bəyannaməsi Cənubi Qafqazda və həmçinin regionda sülhün təminatı deməkdir. Bəyannamənin bütün müddəaları düşünülmüş, hər bəndi ayrılıqda şərh olunması gərəkən çox önəmli sənəddir. Məsələnin digər bir tərəfi də ondan ibarətdir ki, ermənilər Türkiyə prezidenti Cənab Ərdoğanın Şuşaya səfərini Türkiyənin Turançılıq ideyasının yayılması istiqamətində atdığı addım kimi qələmə verməyə çalışırlar. Qərb dairələrinin də bu ideyalarla bağlı olan fikirləri məlumdur. Əslində isə bütün bunlar Ermənistan tərəfinin gözlə görünən provokasiyalarıdır.
Şuşa Bəyannaməsi hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında çox mühüm addımdır.
Babayeva Vəfa, 259 saylı tam orta məktəbin tarix müəllimi