Şuşa Bəyannaməsi iki dövlət - Türkiyə və Azərbaycan arasında konfederativ dövlət quruculuğu istiqamətində atılmış çox mühüm bir addımdır. Hesab edirəm ki, xüsusilə hərbi və milli təhlükəsizlik məsələlərini özündə əks etdirən və birgə fəaliyyəti, koordinasiya olunmuş fəaliyyəti özündə əks etdirən bu sənəd Türkiyə və Azərbaycanın konfederativ dövlət olması yolunda mühüm addım olmaqla üzləşə biləcəkləri istənilən üçüncü qüvvə tərəfindən təhdidlərə birgə, qarşılıqlı kömək və yardım əsasında, birgə iştirak və birgə mübarizənin həyata keçirilməsini nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, çox tarixi bir sənəd imzalanıbdır. Bu sənədin imzalanması ilə bundan sonra istənilən təhdidlərə qarşı Azərbaycan dövləti, Azərbaycan xalqının gücü ilə yanaşı həm də Türkiyə dövlətinin, xalqının gücünü yanımızda hiss edəcəyik.
Ərdoğan açıq şəkildə bəyan etdi ki, Şuşa Bəyannaməsi heç bir üçüncü dövlətə qarşı imzalanmış razılaşma sənədi deyil. Bildirildi ki, biz Qafqazda fəaliyyətimizi, Qafqazda sülh prosesinin təmin olunması istiqamətindəki addımlarımızı, eyni zamanda kommunikasiya layihələrinin həyat keçirilməsi istiqamətindəki fəaliyyətimizi Rusiya prezidenti Vladimir Putinlə və Rusiya tərəfi ilə məsləhətləşmələr, qarşılıqlı razılaşmalar əsasında həyata keçiririk. Bütün bunlar onu göstərir ki, Şuşa Bəyannaməsi regiona çox böyük bir iqtisadi inkişaf, stabillik və davamlı sülh gətirəcək.
Yeganə Məhərrəmova, 90 saylı orta məktəbin direktoru