Erməni baş nazir “Dağlıq Qarabağ” və “status” mövzusunu Brüssel görüşündə də gündəmə gətirməyə çalışa bilər; Soçidə bütün cəhdləri uğursuzluqla nəticələnən Nikol Paşinyan Brüssel görüşünə bu mövzuların müzakirəsi üçün sonuncu şans kimi yanaşır...
Musavat.com təqdim edir.
Soçi görüşü sona çatsa da, hazırda onun yekun nəticələri əsas müzakirə mövzusudur. Hər halda, Soçidə baş verənlərin Cənubi Qafqazda mövcud olan yeni reallıqlarla birbaşa əlaqəsi olmamış deyil. Və bu görüşün nəticələri əslində, münaqişə tərəfləri arasında qüvvələr nisbətini ifadə edir.
Məsələ ondadır ki, məğlub tərəf tədricən öz hərbi-siyasi potensialına adekvat şərtləri qəbul etməyə məcbur buraxılmaqdadır. Məğlub Ermənistan 44 günlük savaşın mütləq qalibi Azərbaycanın maraqları ilə hesablaşmağa doğru sürüklənir. Və bu prosesin yaxın gələcəkdə daha da intensivləşəcəyi qətiyyən istisna deyil.
Onu da nəzərə almaq lazımdır ki, hazırda rəsmi İrəvanın xarici siyasət kursu Ermənistanın hərbi-siyasi potensialı ilə kəskin ziddiyyət təşkil edir. Savaşda məğlubiyyətlə yanaşı, ordusu darmadağın edilmiş Ermənistan hələ də xarici siyasət məkanında maksimalist iddialar irəli sürməyə can atır. Halbuki, bu istiqamətdə hər hansı diqqəti çəkəcək nəticələrdən də çox-çox uzaqdır.
Əslində, bu, qətiyyən təəccüblü də deyil. Çünki savaşda məğlub olan, yeni müharibəyə başlamaq potensialından uzaq qalan heç bir ölkə diplomatik masada şərtləri diqtə edə bilməz. Əksinə, belə ölkələrin taleyi qalib dövlətlər tərəfindən yalnız ona diqtə edilən şərtlərlə barışmağa indeksləşdirilir. Və rəsmi İrəvan nə qədər müqavimət göstərməyə cəhd etsə də, Ermənistan hazırda analoji durumdadır.
Maraqlıdır ki, Soçi görüşünün nəticələrində də bu reallıq tam şəkildə nəzərə çarpır. Belə ki, bu görüşün nəticələrində “Dağlıq Qarabağ” və “status” mövzuları ümumiyyətlə, yer almır. Hətta Ermənistan baş naziri Nikol Paşinyan həmin mövzuları dilinə dolaşdırmağa çalışsa da, Azərbaycan və Rusiya prezidentləri buna əhəmiyyət vermədilər. Və bu, ermənilərin onilliklər boyu ön planda tutulmuş “siyasi-ideoloji xəyalları”na ağır vurulması anlamı daşıyır.
Belə anlaşılır ki, erməni toplumu artıq bu “siyasi-ideoloji xəyallar”dan birdəfəlik imtina etmək məcburiyyətindədir. Çünki, Ermənistanın hərbi-siyasi potensialı artıq rəsmi İrəvanın belə “siyasi-ideoloji xəyalları” diplomatik məkana daşıması üçün yetərli deyil. Bu istiqamətdə göstərilə biləcək israrlı cəhdlər isə ən yaxın gələcəkdə Ermənistana yeni fəlakətlər vəd edir.
Əlbəttə ki, erməni toplumu bu reallığı anlayıb, qəbul etməyə hələ tam hazır deyil. Ancaq mövcud reallıqlarla barişmaq müddəti uzandılqca, bu, Ermənistanı daha da dərin böhran bataqlığına doğru çəkir. Və hər halda, erməni toplumunda nə qədər azsaylı olsalar da, bu təhlükəni görə bilənlər də olmamış deyil.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan öz praqmatik mövqeyi ilə seçilməklə yanaşı, erməni toplumunu gözləyən təhlükələri açıq mətnlə söyləməsi ilə də diqqəti çəkir. Onun fikrincə, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ artıq bitib. Və Ermənistan cəmiyyəti bu reallıqla mümkün qədər tez bir zamanda barşmalıdır ki, ölkənin gələcək taleyi daha böyük təhlükələr qarşısında qalmasın.
L.Ter-Petrosyan Azərbaycanın 44 günlük savaşda qələbəsinin əsas səbəblərini rəsmi Bakının Qarabağ münaqişəsində səbrli davranması, həlledici müharibəyə uzun zaman hazırlaşması və qüvvələr nisbətini öz xeyrinə dəyişməyi bacarması ilə izah edir. O, hesab edir ki, erməni toplumu populist siyasətçilərin avantürist çağırışlarına uyaraq, bu önəmli reallığı dərk etməkdə hələ də çətinlik çəkir.
Eyni zamanda, L.Ter-Petrostan keçmiş prezident R.Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə revanşist açıqlamalarının Ermənistan üçün olduqca təhlükəli nəticələr verə biləcəyini vurğalayır: "Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib, çıxara bilər. R.Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? R.Köçəryan yeni müharibə başlada bilər və ancaq bu, erməni xalqı üçün yeni itkilərə səbəb olar”.
Ermənistan cəmiyyəti üçün nə qədər acınacaqlı olsa da, L.Ter-Petrosyan mövcud reallığı hər bir erməninin anlaya biləcəyi şəkildə izah etməyə cəhd göstərir: “Heç bir qüvvə Azərbaycanı Şuşadan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt... Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey bitib. Əgər, razılaşmasaq, bizi qorxunc problemlər gözləyir".
Əslində, L.Ter-Petrosyan bu reallığı rəsmən dilə ilk siyasətçi deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə “Dağlıq Qarabağ münaqişəsi”nin artıq həll olunduğunu bəyan edib və “status” mövzusuna da bir daha qayıdılmayacağını vurğulayıb. Üstəlik, Ermənistanın ənənəvi beynəlxalq himayədarları sırasında yer alan Rusiya prezidenti və Fransa prezidenti Emmanuel Makron da 44 günlük savaşdan dərhal sonra “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir” cümləsini dilə gətiriblər.
Nəhayət, Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət öncə Sünik (Zəngəzur) sakinləri ilə qapalı görüşdə “Artsax” məsələsi artıq bitib, ora Azərbaycanın ərazisidir” dediyi barədə məlumatlar mövcuddur. Sadəcə, Paşinyan hakimiyyəti bu reallığı rəsmən Ermənistan cəmiyyəti qarşısında etirafa cəsarət etmir. Ona görə də, rəsmi İrəvan erməni diasporunun və daxili revanşist qüvvələrin təsiri altında Ermənistanın hərbi-siyasi potensialı ilə uyuşmayan siyasi-ideoloji yükü hələ bir müddət də daşımaq məcburiyyətində qalıb.
Ancaq Ermənistanın o qədər də çox vaxtı qalmayıb. Çünki Paşinyan hakimiyyəti hazırda Ermənistan əhalisini xaricdən alınan kreditlər hesabına yedirdir. Halbuki, iqtisadçılar Ermənistana bundan sonra xarici maliyyə mənbələrindən borc götürməti məsləhət görmürlər. Ermənistanın həmin borcları geri qaytarmaq üçün iqtisadi potensialı olmadığından bu, ölkənin gələcək mövcudluğu baxımından real təhlükə hesab olunur.
Deməli, rəsmi İrəvan istənilən halda, Xankəndi və ətraf bölgə də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və yekun sülh sazişi imzalamaq məcburiyyətindədir. Əks halda, rəsmi Bakı Ermənistanın blokada şəraitindən çıxmasına heç bir halda, imkan verməyəcək. Və Ermənistan sosial-iqtisadi böhran bataqlığının dibinə yuvarlanmaqda davam edəcək.
Ona görə də ehtimal etmək olar ki, Paşinyan hakimiyyəti “Dağlıq Qarabağ” və “status” mövzusunu Brüssel görüşündə də gündəmə gətirməyə çalışacaq. Soçidə bu istiqamətdə göstərilən bütün cəhdlər uğursuzluqla nəticələnmişdi. Erməni baş nazir yəqin ki, Brüssel görüşünü bu mövzuların müzakirəsi üçün sonuncu şans kimi yanaşır.
Əgər, Qərbdən olan himayədarlarının dəstəyi ilə də həmin mövzuların müzakirəsi mümkün olmazsa, bu, Ermənistanın xarici siyasət kursunun tam iflası anlamına gələcək. Ona görə də, Brüsseldə erməni toplumu üçün “Artsax” mövzusu birdəfəlik dəfn oluna bilər. Çünki, rəsmi Bakının Ermənistana bu mövzunun gündəmə gətirilməsinə imkan verəcəyi qətiyyən inandırıcı görünmür.