Dağlıq Qarabağ münaqişəsinin gizli həll variantı yoxdur, bunu hər kəs bilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Livanda erməni icması ilə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, çox vaxt beynəlxalq ictimaiyyət nümayəndələri danışıqlar zamanı Ermənistanın qarşılıqlı güzəştlərə hazır olub-olmadığını soruşdular: “Ümumiyyətlə, bu suala belə cavab verirəm: Azərbaycan qarşılıqlı güzəştlərə hazırdırmı? Hesab edirəm ki, ən azı bu sual sinxronlaşdırılmalıdır “.
Paşinyan qeyd edib ki, münaqişə üçün uyğun həll variantı olacağı halda, Ermənistanın buna reaksiyası mütənasib olacaq: “Bu məsələnin Qarabağın statusunun müəyyən edilmədən həll olunacağını düşünə bilmirəm. İlk növbədə, təhlükəsizlik məsələsi həll edilməlidir”.
Nəzarət məsələsinin metodologiyasına gəldikdə, Nikol Paşinyan bildirib ki, son günlərdə mətbuatda Ermənistan hakimiyyətinin Qarabağla bağlı gizli anlaşmalara getməsi barədə məlumatlar yayılıb: “Son 20 ildə gizli şəkildə problemlərin həllinə meyl göstərildiyini hiss etdinizmi? Ümumiyyətlə, Qarabağ məsələsini gizli şəkildə həll etmək mümkündürmü? Bu məntiqdən imtina etməyi təklif edirəm. Guya biz Qarabağ məsələsini gizli şəkildə erməni xalqının əleyhinə həll etmək istəyirik. Belə bir seçim yoxdur”.