Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir

Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir Rusiya istəsə belə, sərhədləri məlum olmayan Ermənistanı Azərbaycandan müdafiə edə bilməz; Ona görə də, Kreml Paşinyan hakimiyyətini israrla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa çağırır…
Azərbaycan və Ermənistan arasında bir gün davam edən növbəti müharibə yenə Rusiyanın vasitəçiliyi ilə yekunlaşdı. Kreml hər iki tərəfi atəşkəsə razı salmağa nail oldu. Və indi hərbi əməliyyatların bərpa edilib-edilməyəcəyi daha çox rəsmi İrəvanın bu savaşdan sonra necə davranacağından asılıdır.

Məsələ ondadır ki, bu savaşdan öncə Paşinyan hakimiyyəti müxtəlif hərbi-siyasi avantüralar ilə vəziyyəti maksimum həddə qədər gərginləşdirməyə cəhd göstərirdi. Belə ki, bir tərəfdən rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisinə Ermənistanın müdafiə naziri göndərildi və dərhal da həmin bölgədə erməni terrorçu terror aktı törətdi. Digər tərəfdən isə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun döyüş mövqelərinə müxtəlif silahlardan atəş açırdı. Və Azərbaycan nə qədər təmkinli davranmağa çalışsa da, rəsmi İrəvanın bu hərbi-siyasi təxribatları cavabsız qala bilməzdi.

Nəticəsi də artıq məlumdur. Azərbaycanın “dəmir yumruğu” növbəti Ermənistana reallıqları xatırlatdı. Ötən il 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri növbəti dəfə ağır zərbə alaraq, biabırçı məğlubiyyətə uğradı. Və bu, rəsmi İrəvanın geopolitik mövqelərini daha da zəiflətmiş oldu.

Maraqlıdır ki, hazırda son baş verənlərə görə Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətini günahlandıranların sayı artmağa başlayıb. Hətta rəsmi İrəvan etiraf etmək istəməsə də, bəzi erməni ictimai xadimlər Paşinyan hakimiyyətini hərbi-siyasi təxribatlar törətməkdə də ittiham edirlər. Erməni yazıçı-publisist Levon Drnoyan hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif təxribatlarla Azərbaycanı silahlı münaqişəyə çəkib.

Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir


Erməni yazıçı-publisist ölkəsinin baş nazirinə müəyyən suallar da ünvanlayıb. L.Drnoyanın fikrincə, Ermənistanın müdafiə nazirinin Azərbaycana aid Xankəndi və ətraf bölgəyə göndərilməsi beynəlxalq qalmaqal sayılmalıdır: “Cənab baş nazir siz etdiklərinizin məntiqini anlayırsızmı? Müdafiə nazirinizi Qarabağa göndərməzdən əvvəl beynəlxalq hüququ öyrənmişdinizmi? Siz müstəqil ölkənin rəhbəri olduğunuz halda, öz hökumətinizin nazirini başqa müstəqil dövlətin ərazisinə sizə tabe olan silahlı qüvvələri təlimatlandırmağa göndərmişdiniz? Axı, Azərbaycan sizin bu addımıza cavab olaraq, Ermənistana müharibə elan edə bilərdi. Bu halda, beynəlxalq hüquq Azərbaycanın tərəfində olacaqdı. Siz, Ermənistanın baş naziri kimi, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuzunuz”.

Göründüyü kimi, Ermənistan cəmiyyətində də reallıqları anlayanlar olmamış deyil. Əslində, Paşinyan hakimiyyəti də öz hərbi-siyasi təxribatları ilə beynəlxalq hüquq normalarını pozduğunu anlayır. Ancaq rəsmi İrəvan bu təxribatlarla münaqişə vəziyyəti yaradaraq, Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkməyə can atırdı. Eyni zamanda, Ermənistanın beynəlxalq himayədarlarının da rəsmi İrəvanın köməyinə tələsəyəcəyinə ümid bəsləyirdi.

Ancaq bütün bunların heç birisi baş vermədi. Ermənistanın beynəlxalq himayədarları hərbi-siyasi təxribatlar törədən rəsmi İrəvanı müdafiə etmək üçün arqumentlər tapa bilmədilər. Ona görə də hər iki tərəfi savaşı dayandırmağa və bütün problemləri üçtərəfli anlaşmalar çərçivəsində həll etməyə çağırmaqla, kifayətləndilər.

Beləliklə, rəsmi İrəvanın əli hər yerdən üzülmüş oldu. Ümid yenə bir günlük savaş ərzində silahlı toqquşmalara heç bir reaksiya verməyən Rusiyaya qaldı. Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib, yalvarmağa başladı. Və nəticədə Kremlin vasitəçiliyi ilə atəşkəs elan edildi. Ermənilərin son vaxtlar hər imkanda xəyanətdə suçlayıb, təhqirlərə məruz qoyduğu Rusiya Ermənistanı növbəti dəfə xilas etdi.

Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir


Ancaq Azərbaycanın atəşkəsə razılaşmasının yalnız Kremlin xahişi ilə mümkün olduğu qətiyyən inandırıcı görünmür. Çünki hər bir savaşın bir səbəbi olduğu kimi, nəticəsi də olur. Yəni məğlub tərəf qalibin hansısa tələbini mütlıq yerinə yetirir.

Əlbəttə, hələlik rəsmi Bakının hansı şərtlər çərçivəsində atəşkəsə razılaşdığı məlum deyil. Ancaq Ermənistan mətbuatında artıq bununla bağlı müxtəlif ehtimallar irəli sürülməyə başlayıb. Hətta Ermənistanda nəşr olunan “Pastark” qəzeti hakimiyyət dairələrində olan etibarlı mənbələrinə istinadən baş nazir N.Paşinyanın qarşısına qoyulan sənədi imzaladığını iddia edib: “Baş nazir N.Paşinyan Zəngəzur dəhlizinin yaradılması barədə sənədə imza atmaq məcburiyyətində qalıb. Məhz həmin sənədin imzalanmasından sonra Azərbaycan müharibəni dayandırmağa, atəşkəsə razılaşıb”.

Belə anlaşılır ki, rəsmi İrəvan öz hərbi-siyasi təxribatlarının əvəzini ödəmək məcburiyyətində qalıb. Üstəlik, Ermənistan artıq bir günlük savaşa qədər uzatmağa çalışdığı sərhədlərin delimitasiya və demorkasiya prosesinə başlamağa da hazırdır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bəyanat yayıb.

Təbii ki, bunun da kifayət qədər ciddi səbəbləri mövcuddur. Rəsmi İrəvan artıq anlayır ki, indiki situasiyada ordusu darmadağın edilmiş Ermənistan Azərbaycanın hərbi-siyasi gücü qarşısında uzun müddət duruş gətirə bilməyəcək. Kreml isə rəsmi İrəvanın Rusiya ilə Ermənistan arasında 1997-ci ildə imzalanmış müqaviləyə əsasən dəstək tələbinə demək olar ki, reaksiya vermir.

Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir


Maraqlıdır ki, Paşinyan hakimiyyətinin Ermənistan sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı Rusiyaya ünvanladığı israrlı tələblər sadəcə, Kremlin üçtərəfli anlaşmalara riayət edilməsinin vacibliyi xatırladılmaqla, cavablandırılır. Kreml israrla Ermənistanı sərhədlərin delimitasiya və demorkasiya prosesinə başlamağa çağırır.

Çünki, Azərbaycan və Ermənistan arasında sərhədlər rəsmən məlum deyil. Hər iki qonşu ölkə bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanımayana qədər bu məsələ mübahisəli hesab olunur. Yəni, Rusiya Ermənistana məlum olmayan sərhədlərini qorumaqda yardım göstərə bilməz.

Təbii ki, bu səbəbdən də Kreml Azərbaycan və Ermənistan arasındakı problemlərin birdəfəlik həlli üçün israrla üçtərəfli anlaşmalara riayət olunmasının, eləcə də sərhədlərin demarkasiya edilməsinin vacibliyinə işarə edir. Bu baxımdan, rəsmi İrəvan artıq ən yaxın vaxtlarda Azərbaycanla sərhədlərin müəyyən edilməsində maraqlıdır. Və baş nazir N.Paşinyan atəşkəsdən sonra bu məsələnin sürətlə həllinə çağırması da bununla bağlıdır.

Hətta erməni baş nazir bəyan edib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa da hazırdır. Halbuki bir nüddət öncəyə qədər bu mövzuda qeyri-müəyyən mövqe tutulurdu. İndisə, Paşinyan hakimiyyəti Ermənistanın xilas edilməsinin məhz Azərbaycanla sülh sazişi imzalanmasına birbaşa bağlı olduğunu növbəti dəfə anlayıb.

Oxşar xəbərlər