Türkmənistanın paytaxtı Aşqabad şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısın zamanı Prezident İlham Əliyevin çıxışı olmuşdur.Çıxışı zamanı bir çox məsələlərə toxunulmuşdur.Onlardan biridə 30 il ərzində rəsmi İrəvan tərəfindən vandalizmə məruz qalmış ərazilər haqqında idi. Çıxışı zamanı İlham Əliyev bildirmişdir ki,”İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir”
Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifələrinin yazıldığı torpaqlara Ali Baş Komandan cənab İlham Əliyev, birinci vitse-prezident xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bir neçə dəfə səfəri olmuşdur. Belə ki ölkə başçımız tərəfindən bir sıra vacib yolların təməli qoyulmuş, məbədlər ziyarət olunmuş və Azıx mağarasına səfər reallaşdırılmışdır. Əlbəttə ki, işğaldan azad olunmuş torpaqlarımıza ölkə başçısının qalib Ordunun Ali Baş Komandanı kimi hər gedişi bizlərdə qürur doğurur. Çox yaxın keçmişə kimi həsrətlə baxdığımız o torpaqlarda bugün Azərbaycan Ordusunun tam hakim mövqedə olmağı, dövlətimizin o torpaqlarda infrastruktur, yenidənqurma və bərpa işləri bizləri qürurlandırır.Azərbaycanın işğal edilmiş ərazilərində 400-dən çox tarixi abidə olub ki, onların yarısı erməni vandalizmi nəticəsində dağıdılıb, yarısı isə erməniləşdirilib.. Erməni tərəfi qeyri-qanuni şəkildə zəbt etdikləri torpaqları heç vaxt özününkü kimi qəbul etməmiş, o torpaqlarda qurub-yaratmamış, hətta əksinə misli görünməmiş vandallıq aktları törətmişdir. Ermənilər qəbirləri dağıtmış, dini ibadətgahları təhqir etmiş ya da onları özününküləşdirməyə cəhd etmişdir. Erməni vandalizminin üzərində dəyişikliklər apardığı ən mühüm abidələrdən biri isə Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastrı (XIII əsr) olmuşdur. Xristian alban türkü Həsən Cəlalın hökmranlığı dövründə inşa edilmiş monastrın daxilində işğaldan sonra boyama işləri aparılmış, ermənicə yazılar həkk olunmuşdur. Abidənin xarici divarlarındakı alban izlərinin silinməsi üçün isə onun üzəri daş piltələrlə örtülmüşdür. Bu vandalizm aktına hətta bir sıra ermənilərin özləri də etiraz etmişlər. 2013-cü ilin iyununda bununla bağlı 350 nəfər erməni Ermənistan rəhbərliyinə müraciət ünvanlamışdı".
Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi
fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Beynəlxalq təşkilatların təziqləri nəticəsində Ağdam cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam cümə məscidinin içərisində ev heyvanları o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər. Onlar qəbristanlıqların mərmər daşlarını söküb formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın və Martuni qəsəbələrində inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbristanlıqlar dağıdılmış və minlərlə qəbirlər tanınmaz hala salınmışdır.
Biz İlham Əliyevin irəli sürdüyü bu siyasətin arxasında bir yumruq kimi birləşmişik. İnanırıq ki, Qarabağımız tezliklə çiçək açacaq və insanlarımız bu gözəlliklər içərisində yaşayacaq, tariximizi qoruyub saxlayacaqlar.
Sabunçu rayonu 188 nömrəli tam orta məktəbin direktoru
Sabir Mahmudov