“Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb”..”
Azərbaycan prezidenti İlham Əliyev
2021-ci ilin mayın 13-də nəinki Azərbaycanda, həm də müsəlman ölkələrində sevinclə qarşılanan və coşğu ilə müzakirə olunan məsələlərdən biri də “Kiçik Paris”,“Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi və Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa şəhərinin Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır. Bu da səbəbsiz olmayıb Şuşa şəhərinin və onun 17 məscidindən ən əzəmətlisi olan Yuxarı Gövhərağa məscidinin tarixdə tutduğu yer ilə əlaqədardır.
Qarabağın döyünən ürəyi olan Şuşa şəhərinin mərkəzində yerləşən, bəzi mənbələrdə “Cümə məscidi” adlandırılan Yuxarı Gövhərağa məscidinin çox maraqlı tarixi vardır. Tətqiqatçılar Yuхarı Gövhərağa məscidinin inşasının bir neçə mərhələdə həyata keçirilmisini qeyd edirlər. Ərazidə ilk məscid Qarabağ xanlığının banisi və Şuşa qalasının sahibi Pənahəli xanın göstərişi ilə təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. Onun qamışdan tikilməsini isə ucuz və tez başa gəlməsi ilə izah edirlər. İbrahimxəlil xan hakimiyyətə gəldikdən bir neçə il sonra qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.1883 -cü ildə Gövhər ağanın pulu ilə məscid tamamilə yenidən qurularaq müasir formaya salınmışdır. Məscidin memarı Kərbəlayi Səfixan Qarabaği olmuşdur. Minarələrin lahiyəsinin Mir Mövsüm Nəvvab tərəfindən hazırlanması güman edilir.
Bu əzəmətli məscid daim Rus işğalından sonra Şuşada məskunlaşdırılan ermənilərin gözünə tikan kimi batırdı. Onlar hər fürsət düşdükcə onu məhv etməyə çalışmışdır. 1905-1906-cı illərdə baş verən erməni hücumları zamanı məsciddə müəyyən dağıntılar əmələ gəlsə də tezlələ ianələr hesabına bərpa olunmuşdur. 1918-1920- ci illərdə ermənələrin törətdikləri vəhşiliklər zamanı məscid yenidən ziyan çəkir. Sovet quruluşu zamanı məscidin bütün əmlakı-qədim xalçalar, qiymətli əlyazmalar qarət olunmuşdur. Lakin Qarabağın təəssübkeş əhalisi məscidi qoruyub saxlamağa nail olmuş, Ulu öndər Heydər Əliyevin baş katib olduğu dövrdə isə Azərbaycanın tarixi abidəsi kimi qeydiyyata alınmışdır.
Birinci Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra erməni vandalları tərəfindən Yuxarı Gövhərağa məscidi yenidən vəhşicəsinə dağıdılaraq qarət olunmuş, yandırılmış, uzun müddət tövlə kimi istifadə edilmişdir. Prezident İlham Əliyev dəfələrlə bu haqda beynəlxalq meydanlarda məsələ qaldırmışdır. 2017-ci ildə Ermənistan hökuməti dırnaqarası bərpa işləri apararaq məscidin bütün yazılı kitabələrini, milli ornamentlərini orjinal bəzəklərini tamamilə məhv edir.
Nəhayət, 2020-ci ildə müzəffər Ali baş komandan, prezident İlham Əliyevin başçılığı ilə aparılan 44 günlük müharibə nəticəsində qəhrəman ordumuz tərəfindən Şuşa şəhəri azad olundu. Şuşanın bir sıra görkəmli yerləri ilə yanaşı Yuxarı Gövhəraga məscidi üzərində üçrəngli bayrağımız dalğalandırılırdı. Əsgər Xəyyam Almas 2020- ci il noyabrın
10-da Gövhərağa məscidində 28 illik fasilədən sonra azan oxudu və bu xəbər bütün dost ölkələrdə sevinclə qarşılandı.
Prezident İlham Əliyevin göstərişi ilə dərhal Qarabağın azad olunan digər yerləri ilə yanaşı Gövhərağa məscidində də təmizlik, abadlıq işlərinə başlanıldı. İlham Əliyev və Mehriban xanım Yuxarı Gövhərağa məscidini ziyarət edərək oraya Quran hədiyyə etdilər. İlham Əliyev Azərbaycan xalqı qarşısında çıxışı zamanı erməni vəhşiləri tərəfindən Qarabağda dağıdılan 68 məscidin hamısının tezlilkə bərpa olunması istiqamətində işlərin aparılmasını bildirdi.
2021-ci ilin mayın 13-də isə Yuxarı Gövhərağa məscidində Ramazan bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənlinin başçılığı ilə namaz qılındı. Bu tədbir Azərbaycan televiziyası ilə canlı yayımlanaraq bütün xalqın sevincinə səbəb oldu.
Bütün görülən quruculuq-abadlıq işləri Azərbaycan xalqı tərəfindən coşqu ilə izlənilir.
Zabrat qəsəbəsi, X.Vəliyev adına 75 saylı məktəbin
tarix müəllimi Asif Hüseynov