“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama

“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin çox sürətlə inkişaf etdiyini və Vaşinqtonun uzun illər ərzində atılmayan addımları indi həyata keçirdiyini bildirib.

Tramp açıqlamasında ABŞ ordusunun gücünü xüsusi vurğulayaraq hazırkı proseslərin illərdir təxirə salınmış qərarların icrası olduğunu qeyd edib.

ABŞ prezidenti bildirib ki, Vaşinqtonun hazırda gördüyü işlər 47 il ərzində edilməli idi, lakin əvvəlki rəhbərliklər bu addımları atmağa qərar verməyib.

“İranla bağlı vəziyyət çox sürətlə inkişaf edir. Hər şey çox yaxşı gedir. Bizim hərbçilərimiz misilsizdir, əvvəllər belə bir şey olmayıb və heç kim belə bir şey görməyib. Biz indi 47 il ərzində edilməli olanı edirik. Bu addımlar çoxları tərəfindən atıla bilərdi, lakin onlar bunu etməməyi seçdilər”, – deyə Tramp bildirib.

Tramp həmçinin İranı “terror və nifrət ölkəsi” adlandıraraq qeyd edib ki, Tehran hazırda bu siyasətin ağır nəticələri ilə üzləşir və yüksək bədəl ödəyir.

Oxşar xəbərlər