Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı 2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mühüm görüş keçirmişdir. Bu görüş Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır və ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulamışlar. Hazırda tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə fəal əməkdaşlıq edir və bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.
Görüş çərçivəsində regionda sülhün və sabitliyin təmin olunması məsələləri də müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, əgər tərəflər siyasi iradə nümayiş etdirər və sülhə sadiq qalsalar, bu, regionda davamlı inkişafın və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verə bilər. Bu cür əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Görüşdən sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta birgə mətbuat bəyanatı ilə çıxış etmişlər. Bəyanatda Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin strateji xarakter daşıdığı vurğulanmışdır. Tərəflər enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərində qarşılıqlı fəaliyyətin əhəmiyyətini xüsusi qeyd etmişlər.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər illər ərzində uğurla inkişaf etmişdir və bu əlaqələr yeni istiqamətlər üzrə genişlənməkdə davam edir. Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı və güclü tərəfdaş kimi tanınır. Bu siyasət Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolunun davamıdır və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Belə görüşlər Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq, sabit və etibarlı dövlət olduğunu bir daha nümayiş etdirir. Azərbaycan dövləti sülh, inkişaf və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdərək dünya birliyində mövqeyini getdikcə daha da möhkəmləndirir.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva

Oxşar xəbərlər