44 günlük müharibədən, şanlı qələbimizə gedən yolun başlanğıcından artıq 1 il vaxt ötür. 27 sentyabr 2020-ci il tarixində səhərimiz “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb” xəbəri ilə açıldı. Müharibənin ilk günü Azərbaycan ordusu Kəlbəcər bölgəsində, Ağdərə istiqamətində, Murovdağ dağlarında strateji əhəmiyyətli yüksəklikləri, həmçinin Füzulinin 4 və Cəbrayılın 2 kəndini azad etdi. İlk gündən işğal altında olan torpaqlarımızın kiçik bir hissəsinin azad olunması xalqımızda ordumuza və qələbəyə böyük inam yaratdı. Prezidentimiz İlham Əliyevin bu günlərdə “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə dediyi kimi “Elə həmin gün düşmənin müdafiəsinin birinci xəttini qıra bildik və bundan sonra 44 gün ərzində yalnız irəli getdik!”.
Prezidentimiz İlham Əliyev Azərbaycan xalqına müraciətlərim zamanı, azad edilmiş şəhər və kəndlər haqqında məlumat verərkən bir neçə dəfə "dəmir yumruq" ifadəsini işlətdi. Bu, cəmiyyət tərəfindən müsbət qəbul edildiyindən bu hərbi əməliyyat "Dəmir yumruq" adını aldı və daha sonra qələbənin simvollarından birinə çevrildi. Belə ki, müharibə dövründə xalq hakimiyyətin ətrafında bir yumruq kimi birləşdi, həmrəylik nümayiş etdirdi.
Əlbəttə ki, bu müharibə birdən-birə baş verməmişdi. Torpaqlarının 20%-i işğal altında olan bir ölkənin rəhbərliyi daim öz potensialımızın artırılması üçün mühüm işlər görmüşdür. İqtisadiyyat inkişaf etdirilmiş, ordu müasir silah və hərbi texnikalarla təchiz edilmişdir. 2016-cı ilin apreli və 2018-ci ilin mayında baş verən hərbi əməliyyatlar zamanı da ordumuzun nəyə qadir olduğunu nümayiş etdirə bildik. Ancaq Ermənistan rəhbərliyi bundan nəticə çıxarmadı və əksinə, son dövrlərdə verdiyi bəyanatlarla münaqişəni daha da alovlandırdı. 2020-ci ilin iyul ayında Ermənistan tərəfinin Tərtər bölgəsində törətdiyi təxribat xalqımızın ayağa qalxmasına, orduya dəstək yürüşünə, minlərlə gəncin könüllü olaraq orduya yazılmasına gətirib çıxardı.
2020-ci ilin 27 sentyabrında Ermənistanın cəbhə xəttindəki və bəzi yaşayış məntəqələrindəki mövqelərimizi artilleriya atəşinə tutulmasına qarşı ordumuzun əks-hücuma keçməsiylə İkinci Qarabağ müharibəsi başlanmış oldu. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanın və digər mühüm əhəmiyyətli məntəqələrin azad olunması həm xalqımızda, həm orduda ruh yüksəkliyi yaratdı. Və nəhayət 8 noyabrda prezidentimizin sözləriylə desək “qələbəmizin tacı” Şuşanın böyük bir qəhrəmanlıqla işğaldan azad olunmasıyla müharibənin taleyi həll olunmuş oldu. Noyabr ayının 9-dan 10-a keçən gecə Rusiya Federasiyasının Prezidenti V.Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri N.Paşinyan arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalandı. Azərbaycan müharibədən qələbə ilə, işğal altında olan torpaqlarını azad edərək qalib dövlət kimi çıxdı. Bu qələbə ilə biz bütün dünyaya Qarabağın Azərbaycanın olduğunu sübut etdik.
Bu gün biz həmin günləri qürur hissi ilə xatırlayırıq, amma bir yandan da bu zəfəri bizə yaşadan şəhidlərimiz üçün hüznlənirik. Biz bu zəfəri onlara borcluyuq, biz onlarla fəxr edirik və ümid edirik ki, bütün şəhidlərimizin ruhu şaddır. Onlar daim bizim qəlbimizdə yaşayacaqlar.
Müharibədən bu yana keçən dövr ərzində işğaldan azad olunmuş ərazilərdə mühüm işlər görülüb və bu işlər davam etməkdədir. Düşmən 30 ilə yaxın davam etmiş işğal dövründə torpaqlarımızı viran edib, yaşayış binalarını, evləri, tarixi abidələrimizi dağıdıb. Ancaq görülən işlər belə deməyə əsas verir ki, işğaldan azad olunmuş torpaqlarımız gələcəkdə Azərbaycanın ən inkişaf etmiş bölgələri olacaqlar.
Sabunçu rayonu, E.Məhərrəmov adına 137 saylı tam orta məktəbin tarix müəllimi Həmidova Aydan