Ermənistan qoşunlarının Azərbaycan ərazisinə hücumuna cavab olaraq 2020-ci il sentyabrın 27-də ordumuz əks-hücum əməliyyatına başladı. Hərbi-strateji əhəmiyyət baxımından Hadrutun azad edilməsi çox önəmli bir hadisə idi. Bu əməliyyat təsadüfi planlaşdırılmayıb, öncədən hərbi-strateji plan hazırlanıb və əməliyyat oktyabrın 9-u Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşıb. Hadrutun azad edilməsi ona görə xüsusi əhəmiyyət daşıyırdı ki, növbəti istiqamət məhz Hadrutdan Şuşaya idi. Şuşanın işğaldan azad edilməsi hələ indiyə qədər tarixdə görülməmiş bir döyüş oldu. Azərbaycan ordusu bir daha öz şücaətini, mərdliyini göstərdi.
Vətən müharibəsində döyüşən igidlərimiz məhz 28 il bundan əvvəl bədnam qonşularımızın zülmünə məruz qalmış körpələr idilər. Ona görə də gec-tez bu haqsızlıqlara cavab verilməli idi. Məhz, 44 günlük müharibədə rəşadətli Azərbaycan ordusu xalqımızın qisasını aldı, Birinci Qarabağ müharibəsi şəhidlərinin qanı yerdə qalmadı. İşğaldan azad olmuş torpaqlarımızı viran, xarabalığa çevrilmiş vəziyyətdə gördük. Bu da sübut edir ki, ermənilər heç vaxt bu torpaqların sahibi olmayıb. Çünki, heç bir canlı varlıq öz vətəni, yurdu, daşı, torpağı ilə belə rəftar edə bilməz. Dost dar gündə tanınar. Azərbaycan xalqı bu çətin zamanda bir yumruq kimi birləşdi. İstər maddi, istərsə də mənəvi cəhətdən ordumuzun yanında oldu. Ali Baş Komandanın göstərişlərinə əməl edildi. Artıq azərbaycanlıların leksikonunda "məcburi köçkün" kəlməsi işlənməyəcək. Qarabağın əzəli və əbədi sakinlərinin 28 il həsrət çəkmiş qəlbləri artıq Cəbrayılda, Füzulidə, Zəngilanda, Şuşada, Laçında, Kəlbəcərdə - Qarabağda döyünür, öz doğma yurd-yuvalarına gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Ali Baş Komandanın siyasəti nəticəsində tezliklə Qarabağımız abadlaşaraq öz sakinlərinə qucaq açacaq.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ətrabə Ağayeva