"Qələbə" çoxdandır idman yarışlarında, bilik yarışlarında, müxtəlif tipli yarışmaların qalibiyyəti zamanı eşitdiyimiz, lakin, torpaqlarımızın azadlığı uğrunda qazanacağımız böyük uğur nəticəsində dilimizdə qürurla səsləndirəcəyimizi ağlımıza belə gətirməyə çəkindiyimiz o məğrur söz! Düzdür bu sözü deməyə çəkinməyimiz qorxudan, zəiflikdən, acizlikdən deyildi. Bizim güclü və nizamlı ordumuz, həmin orduya fəxrlə rəhbərlik edən Ali baş komandanımız var.
Dövlətimiz, ordumuz, xalqımız illərdir bu tarixi anın yaşanmasını, gerçəkləşməsini səbrsizliklə gözləyirdi. Nəhayət Ali Baş Komandanın əmri ilə Azərbaycanın rəşadətli ordusu bu çətin və qürurlu vəzifənin öhtəsindən layiqincə gəldi. Ağır və məsuliyyətli əməliyyatlar nəticəsində srateji cəhətdən vacib olan nöqtələri öz nəzarətinə götürərək illərdir düşmən işğalı altında olan torpaqlarımızı 44 günə azad etdi.
Ordumuz tərəfindən keçirilən bütün vacib və uğurlu əməlliyyatlar kimi Hadrut əməliyyatı da öz vacibliyi ilə seçilir. Hadrut əməliyyatı əməliyyatlar sırasında xüsusi əhəmiyyəti ilə seçilən bir qələbədir. Həm hərbi nöqteyi - nəzərdən, həm də strateji cəhətdən xüsusi mövqeyə malik olan bu əməliyyat gələcək qələbələr üçün təməl oldu. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edildi.
Hadrut döyüşü Vətən müharibəsinin ən çətin və ən gərgin keçmiş döyüşlərindən biridir. Erməni vandalizmi illərdir törətdikləri vəhşilikləri davam etdirmək, yerlə yeksan edərək dağıtdıqları torpaqlarımızı əldən verməmək üçün Hadrut uğrunda xeyli mübarizə aparmış, dirəniş göstərmişlər. Çünki onlar da Hadrutun hərbi strateji cəhətdən vacib əhəmiyyətə malik olduöunu yaxşı bilirdilər. Ordusunda on mindən artıq fərari olan erməni hərbi birləşmələri Hadrutu itirdikləri təqdirdə Azərbaycan ordusu qarşısında tab gətirə bilməyəcəklərinə əmin idilər. Lakin dirənişlərə, göstərilən müqavimətə baxmayaraq Azərbaycan əskəri, zabiti ən əsası damarlarında Azərbaycan qanı axan Vətən fədailəri qarşısında heç bir erməni vandalizmi tab gətirə bilmədi. Çünki Azərbaycan əskəri sadəcə vəzifəsini icra etmir , həmin vəzifəni özünə borc bilirdi. Ata baba yurdları olan, I Qarabağ döyüşlərində şəhid olan minlərlə igidlərimizin, heç bir silah sursatı olmadan canı ilə düşmənə sinə gərməyə çalışan əhalimizin intiqamını almaq, onların qanını yerdə qoymamağa and içmişdi ordumuz.
Qarabağı sadəcə kitablardan oxuyan, filmlərdən görən, böyüklərin nisgilli söhbətlərindən dinləyən igidlər həmin torpaqları düşmən tapdağından xilas etmək, xalqımızı ata – baba yurdlarına geri qaytarmaq üçün canlarını fəda etməyə and içmişdilər.
Bu qələbədə xalqımızın istənilən pillədən olan nümayəndəsi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərdi. Bu qələbədə yaralı əsgərlərimizi sağlamlıqlarına qovuşduraraq yenidən ordu sıralarına qayıtmalarını təmin edən həkimlərimizin rolu əvəzsizdir. Həmin həkimlər ki, gecə - gündüz yorulmadan, o cür ağır və çətin şəraitdə öz canlarını heçə sayaraq yaralılara qulluq edirdilər. Son illər ərzində tibb sahəsinə göstərilən xüsusi diqqət, cəbhəyanı bölgələrdə olan tibb məntəqələri və xəstəxanaların təhcizatının yaxşılaşdırılması da heç də təsadüfi deyildi. Biz torpaqlarımızı
daha uzun illər düşmən tapdağında görmək istəmirdik və müharibə qaçılmaz idi. Bunu görən, hər bir detala xüsusi diqqət yetirən Ali Baş Komandan İlham Əliyevin diqqət qayğısı bu sahədə də hiss olundu. Həm ordumuzun, həm həkimlərimizin, həm də Azərbaycan xalqının həmrəyliyi sayəsində ordumuz qalib gəldi. 44 günlük müharibə müddətində ön cəbhədə əskərlərimiz, arxa cəbhədə isə xalqımız mübarizə apardı. Arxa cəbhədə informasiya mübarizəsi, mənfur düşmənin yalan – yalnış informasiya verməsi ilə həm jurnalistlər, həm müəllimlər,həm digər peşə sahibləri, həm də sadə xalq savaşdı.
Bugun işğaldan azad olunan və mənfur düşmən tərəfindən darmadağın edilən torpaqlarımız üçün gözəl xəyallar, ümidlər və düşüncələr boy atır. Gələcəkdə bütün dünyanın görüş obyektinə çevriləcək şəhərlərimiz, qəsəbə və kəndlərimiz göz oxşayacaq.
Həmin planlar içərisində Hadrutun inkişafi ilə bağlı planlar da ön sırada yer alır. Azərbaycanın inzibati - ərazi bölgüsünə görə Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir.
Bu il martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.
İlham Əliyev bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.
Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzi olaraq ölkəmizi dünya miqyasında daha yaxşı tanıdacaqdır. İşğaldan azad olmuş bütün digər ərazilər kimi Hadrut da otuz il bundan əvvəl olduğundan daha gözəl və daha inkişaf etmiş olacaqdır. Hadrutun baş planının layihəsi artıq hazırdır. Bu sahəyə yönəldilmiş memarlar, inşaatçılar yaxın vaxtlarda plan üzrə işlərə başlayacaqlar. ən vacib işlərdən biri olan avtomobil yolunun bərpası artıq başlayıb. Hadrutda tikiləcək “ Hadrut” yarımstansiyasının artıq təməli qoyulub. Burada məscidin tikintisinə və digər iaşə obyektlərinin tikintisinə başlanılacaq.
30 il bundan əvvəl öz ata – baba yurdlarından didərgin düşərək öz vətənində qərib yaşayan həmyerlilərimizin sevinci yerə - göyə sığmırdı bu qələbə xəbəri ilə. Onlar tezliklə qayıdacaqları doğma torpaqların, doğma yurdlarının sevinci ilə yaşayırlar. Məcburi köçkün adlandırılmış həmvətənlərimiz artıq qürürla, ürək açıqlığı ilə biz öz evimizdəyik deyəcəklər. Hansı bölgənsən sualına ürək ağrısı ilə Ağdamdan, Fizulide\ən, Cəbrayıldan, Laçından, Kəlbəcərdən və digər düşmən tapdağında olan ərazilərdənəm deyən soydaşlarımız artıq rahatlıqla mən Qarabağ bölgəsindənəm deyəcək. Daha nisgilli səslənməyəcək bu cümlələr sevinc dolu kəlmələr ilə süzüləcək ağızlardan.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin kəlamı burda öz yerini alır. Qarabağ Azərbaycandır!
Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məkəbin
ibtidai sinif müəllimi Günay Cümşüdova