Oktyabrın əvvəlində Ağdərə istiqamətində düşmənə zərbə endirən qoşunlarımız buradakı böyük strateji əhəmiyyətə malik olan Madagiz yaşayış məntəqəsini azad etdi. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycan Suqovuşan su anbarını ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurulmuş, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunmuşdur. Elə həmin gün Azərbaycan Prezidentinin Fərmanı ilə məntəqənin adı Suqovuşan adlandırıldı.Bu gün şanlı ordumuz tərəfindən Suqovuşanın azad olunmasından bir il keçir. 44 günlük Vətən müharibəsində azad edilən Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verir. İndi azadlığa qovuşan Suqovuşan su anbarının saf, göz nuru kimi təmiz suyundan əsl sahibləri istifadə edir. Suqovuşan su anbarının təhlükəsizliyini təmin edilməsi məqsədilə FHM Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir.
Dekabrın 29 - da Prezident İ. Əliyev 3572 hərbi qulluqçunu "Suqovuşanın azad olunmasına görə" medal ilə təltif etdi.
Suqovuşan və Talışın azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi güc vermiş oldu. Talış və Suqovuşanın azad edilməsi Ermənistan ordusunun gözünü qorxutması və psixoloji gərginlik yaratması baxımından da önəmlidir. Məhz bu ərazidəki iflas Ermənistan ordusunda fərarilik sayının artmasına səbəb oldu. Bir daha bu reallığa işıq salındı ki, bölgələrin inkişafı, tərəqqisi infrastruktur layihələrinin uğurlu icrasından asılıdır. Ümumilikdə tarixi Zəfərimizdən sonra ilk addımlar bu ərazilərdə müasir yol infrastrukturunun yaradılması istiqamətində görülən işlərlə xarakterizə olunur. Bir daha tam əmin oluruq ki, atılan hər bir addım Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verəcək.
Ramana qəsəbəsi, 137 nömrəli tam orta məktəbin
tarix müəllimi İlyas Abbasov