Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar vilayəti ləğv edildikdən sonra yaradılmışdır. Rayonun sahəsi 1458 km2-dir. Xocavənd toponimi 2 hissədən “xoca” sözündən “vənd” komponentindən ibarətdir. “Xoca” sözü türk dilində müəllim, “öyrətmən” anlamıındadır. Xocavənd rayonun ərazisi dağlıq və düzənlikdən ibarətdir. Xocavənd qədim yaşayış məskənlərindəndir. Ərazisi təbii sərvətlərlə - tikinti materialları, faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyyatları ilə zəngindir.
Rayonun ərazisində tarixi abidələr mövcuddur: Tuğ kəndi ərazində XII-XVII əsrlərə aid “Alban” kilsələri, I-V əsrlərə aid “Alban” qəbiristanlıqları, Muğanlı kəndində “Seyid Rza” günbəzi, Qaradağlı kəndi ərazisində “Yıl” piri və sairə. Azərbaycanı qədim yaşayış məskəni kimi dünyaya tanıdan Azıx mağarası Xocavəndin Fizuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub şərqində yerləşir. Rayonun ərazisində yerləşən Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Rayon 2 şəhər tipli qəsəbə və 83 kənddən ibarətdir.
Ermənilərin Azərbaycana qarşı elan edilməmiş müharibəsi zamanı 2 oktyabr 1992-ci il tarixində rayon mərkəzi işğal edilmişdir. Rayon 145 şəhid vermişdir. İşğal zamanı yaşayış evləri, mədəniyyət ocaqları, təhsil müəssisələri, tarixi abidələr, yollar, körpülər vəhşicəsinə dağıdılmışdır, əhalisi məcburi köçkün statusu almışdır.
Ancaq rəşadətli Azərbaycan ordusu illər boyunca Ali Baş Komandanın əmrini gözləyirdi ki, bu torpaqlardan erməniləri qovub, xalqımızı öz doğma torapaqlarına qovuşdursun. Və nəhayət həmin gün yetişdi. 27 sentyabr 2020-ci il tarixdə ermənilərin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatlarına başladı və qələbəyə doğru irəlilədi. Hər gün cəbhədən şad xəbərlər gəlirdi. Murov yüksəkliyi, Suqovuşan, Cəbrayıl rayonu azad edildi. Oktyabrın 9-da Hadrut qəsəbəsi və ətraf kəndlər düşmən taptağından azad edildi. Cəmi 44 gün davam edən Vətən müharibəsində Hadrut əməliyyatı xüsusi rol oynayırdı.
Çünki döyüşlər zamanı Azərbaycan ordusu cənub istiqamətində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəldi. Hadrutun azad edilməsi müharibənin sonrakı taleyini həll edən əməliyyat idi. Bu əməliyyatdan sonra ordumuz Qarabağın gözü hesab edilən Şuşaya doğru istiqamət aldı. 8 noyabr 2020-ci ildə dünyada misli-bərabəri olmayan əməliyyat nəticəsində Şuşa şəhəri azad edildi. 10 noyabr 2020-ci ildə isə Ermənistan dövləti məğlubiyyəti qəbul etdi. “Dəmir yumruq” əməliyyatı qələbə ilə sona çatdı, xalqımız zəfər sevincini yaşadı.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
tarix müəllimi Könül Mirzəyeva