Hadrut qəsəbəsi 44 günlük Vətən müharibəsinin qırılma nöqtələrindən sayılır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrut əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.
Qeyd etmək lazımdır ki, bu əməliyyat təsadüfi planlaşdırılmayıb. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Bu baxımdan, Prezident İlham Əliyevin Hadrutda Azərbaycan bayrağını qaldırmasının çox böyük rəmzi mənası var.
Prezident İlham Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldırarkən qəsəbənin önəmini belə vurğuladı: "Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi''.
Ali Baş Komandan İlham Əliyevin açıqlamasından da göründüyü kimi, Hadrutun terrorçu qruplardan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hərbi-strateji plan hazırlanıb və əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəqiq hərbi plana malik olub və bu strateji plana görə Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, daha sonra isə Hadrutun azad edilməsi əməliyyatına start verilib. Bu qəsəbənin işğaldan azad edilməsi nəticəsində Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk edib, lakin bunu öz xalqından gizlətməyə çalışıb.
Hadrut uğrunda döyüşlər təxminən on günə yaxın davam etdi. Oktyabrın 7-dən artıq ağır artilleriya vasitələri, uzaq mənzilli toplar və PUA-ların aktiv istifadəsi nəticəsində Hadrut ətrafında olan düşmən mövqeləri Azərbaycan Ordusunun intensiv zərbələrinə məruz qalırdı: “Məlumdur ki, Cəbrayılda azad edilən ərazilər qismən düzənlik hissədə yerləşirdi. Buna görə Hadrutun azad edilməsi həm də Azərbaycan Ordusunun mövqelərinin atəş altından çıxarılması istiqamətində məqsədyönlü bir addım idi. Cəbrayılın azad olunmasından sonra düşmən Füzuliyə daha yaxın olduğumuzu fikirləşərək Azərbaycan Ordusunun hücumlarını Füzuli tərəfdən gözləyirdi. Ancaq Azərbaycan Ordusu Hadruta ermənilərin gözləmədiyi istiqamətdən - Cəbrayıldan hücum etdi”.
Prezident İlham Əliyev bu məsələyə toxunaraq erməni yalan təbliğatının da iflasa uğradığını göstərib: ''Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər, eyni zamanda Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı? Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir. Hadrutun azad edilməsindən sonra biz Şuşaya
istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq''. Prezident İlham Əliyevin Hadrutun azad edilməsindən sonra söylədiyi “Hadrut qəsəbəsində qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb” fikirləri ermənilərlə azərbaycanlıların davranışları, əməlləri arasındakı fərqin ən mükəmməl formada nəzərə çatdırılmasıdır. Hadrut öz tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyur.
Hazırda inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad olunan bu qəsəbənin iqtisadi potensialından istifadəyə imkan verəcək. Bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan Qarabağdan, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək. Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq. Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq, Hadrut Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq.
İşğaldan azad edilmiş şəhərləri, kəndləri, tarixi abidələri, məscidləri, qəbirləri dağıdılan Azərbaycan ona qarşı törədilən misli görünməmiş bu vandallıqdan sonra da Hadrutda ermənilərin yaşadıqları evlərlə onlar kimi davranmaq fikrində olmadı. Əraziyə səfər edən bəzi xarici KİV nümayəndələri də bu vəziyyətin şahidi oldular. Rusiyanın “İzvestiya” qəzetində dərc olunan məqalədə qəsəbədə müharibə bitdikdən sonra hər şeyin toxunulmaz qaldığı yazılmışdır. Müəllif hətta azərbaycanlı hərbçilərin buradakı erməni kilsəsini də dağıtmadığını xüsusi qeyd edir.
Prezident Əliyev Hadrut qəsəbəsinə səfəri zamanı qazandığımız qələbəni belə qiymətləndirdi: "Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi''. Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan qələbə qazanmaq üçün müharibədə olduğu qədər işğaldan azad olunmuş ərazilərin bərpası və qurulmasında, eyni zamanda həmin ərazilərdəki mədəniyyət, tarixi-dini abidələrin bərpası və qorunmasında da qətiyyətlidir.
Hər kəs həqiqəti bilməli və görməlidir. Dövlət başçısının dediyi kimi: "Kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, cavabını alacaq, necə ki, bu günə qədər alıb''.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Xəyalə Ağayeva