Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalib Lider kimi Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar Verdi.
Öz milli gücü vasitəsilə ərazi bütövlüyünü bərpa edən və hazırda bütün şərtləri diktə edən Azərbaycan istənilən təxribat cəhdinin qarşısını almaq, revanşizm təfəkkürü ilə yaşayan erməni faşizminin başını əzmək iqtidarındadır. Azərbaycan 44 günlük müharibədə bir çox mifi darmadağın edərək reallığın nədən ibarət olduğunu təkcə işğalçı Ermənistana deyil, hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan mərkəzlərə, ermənipərəst və islamofob dairələrə sübut etdi. “Qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri” mifi dağıdıldı. Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi, ancaq əliyalın insanlarla müharibə aparmaq qabiliyyətinə malik olan erməni cəlladları qaçıb gizləndilər. Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan kimi canilər rəşadətli Ordumuzun qarşısına çıxmaqdan qorxaraq Yerevana qaçdılar. Azərbaycan Silahlı Qüvvələri “yenilməz erməni ordusu” mifini də darmadağın edərək təcavüzkar qüvvələrə layiqli cəza verdi. Bunu görmək istəyənlər xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbəsi olan tarixi Zəfərimizin rəmzi kimi çıxış edən Hərbi Qənimətlər Parkına nəzər salsınlar.
Prezident İlham Əliyev bəhs olunan səfər zamanı, həmçinin Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu diqqətə çatdırdı. Bu kontekstdə işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı bu şirkətlərin iki yolu olduğunu – ya təzminat ödəyəməli olduqlarını, ya da beynəlxalq məhkəməyə veriləcəklərini vurğuladı. Bu, heç şübhəsiz, haqlı və ədalətli mövqedə olan Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir.
Bayramova Həqiqət, 75 saylı tam orta məktəbin direktoru