Qarabağ... Vətənimizin dilbər guşəsi... 2020 – ci ildə 44– günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğal zülmündən şanlı Azərbaycan ordusu tərəfindən azad olmuş Qarabağ...
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var. Hər bitkisi min dərdə dəva, hər bulağının suyu bir möcüzədir. Qarabağ təbii sərvətləri ilə çox məşhurdur. Dünyanın heç bir yerində yetişməyən bitkilər burada yetişir. Xarıbülbül kimi nadir bitki yalnız Qarabağ torpağında yetişərək bu torpağın nə qədər möcüzəli və qeyri – adi olduğunu sübut edir.
Qarabağın döyünən ürəyi Şuşa... “Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir.” Ordumuzun qətiyyətli mübarizəsi ilə 2020 – ci il noyabrın 8 – də işğaldan azad edilmişdir. 28 illik işğal nəticəsində erməni vandalizminə məruz qalan Şuşanın tarixi - mədəni irsi məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərinə, onun tarixi – mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan invertarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. İlham Əliyevin 7 may 2021 – ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın Cıdır düzündə 12 - 13 may tarixlərində “Xarıbülbül” musiqi festivalı keçirildi. Xarıbülbül musiqi festivalının keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki, Xarıbülbül bitkisi Qarabağın döyünən ürəyi olan Şuşanın milli simvolu hesab olunur.
“Sülh və məhəbbət gülü” adlanan Xarıbülbül ... Adına uyğun olaraq, “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi qrupları və ifaçıları çıxış etdilər. Bu da Azərbaycanın multikultural ölkə olduğunu, millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya bir daha sübut etdi.
Festivalın açılışında ifa olunan “Bayatı Şiraz” muğamı azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik idi. Belə ki, 4 dekabr 2019 – cu il tarixdə Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Hokobyan Azərbaycan Prezidentinin xanımı, Azərbaycanın birinci vitse – prezidenti Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət etmişdi. Qarabağ muğam məktəbinin formalaşdığı Şuşada biz muğam dinlədik, ancaq qonaq olaraq deyil. Bu torpaqların əsil sahibləri kimi. dinləyəcəyik də, biz burada muğam festivalları da keçirəcəyik. Çünki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Şuşa şəhərində 29 ildən sonra ilk dəfə mayın 13 – də Yuxarı Gövhərağa məscidində Ramazan bayram namazı qılındı. 1768 – 1769 – cu illərdə inşa edilən bu məscid işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu. Məhz bu iş bir daha sübut etdi ki, biz öz mədəniyyətimizə, milli kimliyimizə sahib çıxan dövlətik!
Pirşağı qəsəbəsi, Akademik X.Y. adına 112 nömrəli tam orta məktəbin tarix müəllimi Şahnaz Quliyeva