2021-ci il 26 fevralda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri ilə görüş təşkil etmişdir. Görüş videokonfrans formatında baş tutmuşdur. Konfransda dünyanın 35 media qurumu iştirak etmişdir. Dörd saatdan çox davam edən konfransda ölkə başçısı media nümayəndələrinin verdikləri 50-dək sualı dörd dildə – Azərbaycan, rus, türk və ingilis dillərində cavablandırıb.
Prezident giriş nitqində görüş iştirakçılarına 26 fevralın Xocalı soyqırımının ildönümü olduğunu bildirərək bu qəddarlığın erməni faşizminin təzahürü olduğunu, bu cinayətin dünya ictimaiyyəti tərəfindən tanındığını, 10-dan çox ölkənin bu hadisəni rəsmən soyqırımı kimi tanıdığını diqqətə çatdırmışdır.
Ölkə başçısı həmçinin erməni rəhbərlərinin – hərbi cinayətkarların öz xislətlərindən əl çəkməyib İkinci Qarabağ müharibəsi dövründə də ballistik raketlərlə dinc şəhərləri bombalayaraq terror və hərbi təxribatlar törətdiyini, lakin cavablarını döyüş meydanında aldıqlarını xüsusilə qeyd etmişdir: “Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın” [1].
Dünyada baş verən sürətli və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin xarici siyasət kursunu daha da aktuallaşdırır. O cümlədən öz müstəqilliyinə qovuşmuş ölkələrin yeni şərait və dövrün tələblərinə cavab verən strategiya müəyyənləşdirməsi mühüm mahiyyət daşıyır. Bunun üçün isə millilik, tarixilik, ənənəvilik prinsipləri gözlənilməklə milli maraqlar təmin edilməli, eyni zamanda, diplomatiyanın müasir metodlarından istifadə edilməlidir. Ümumilikdə, müasir qlobal dünyanın çağırışları çərçivəsində fəaliyyət göstərilməsi əsas prioritet olmalıdır.
Azərbaycanın xarici siyasət kursunun əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilib. O, müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasını üç əsas meyarı nəzərə alaraq müəyyən etmişdir. Onlar dövrün çağırışlarına cavab vermək, ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə almaq və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxarmaqdan ibarət idi.
Ulu öndərin inkişaf kursunun davamçısı olan İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan milli maraqları əsas tutaraq dünyanın bir çox nüfuzlu təşkilatları ilə əlaqələrini inkişaf etdirmişdir. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olan ölkəmiz qısa müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmış, nəticədə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Heç bir gizli məqam olmayan açıq xarici siyasətdə dövlətimiz beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. “Dövlət başçısı xarici siyasətdə sistemlilik, davamlılıq, ardıcıllıq, reallığı nəzərə almaqla yanaşı, ədalətlilik və beynəlxalq hüququn normalarına tam əməl etmək kimi amillərə də böyük önəm verir” [3].
Azərbaycan dünyəvi, demokratik və ədalətli dövlət kimi beynəlxalq aləmdə fəaliyyətini yeni səviyyəyə yüksəltməkdə mühüm addımlar atır. Bunu biz ölkə başçısının çıxışlarında müşahidə edirik. Həmişə beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşan və həyata keçirən suveren dövlət kimi Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalaraq, müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərarlar verərək açıq və prinsipial mövqe sərgiləyib.
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəmiz Azərbaycanı regionda və beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirmişdir.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan zəhmətlə formalaşdırdığı nüfuzunu qoruyub saxlaya bilir, eyni zamanda, zamanın və tərəfdaşlarının sınağından çıxmış məsuliyyətli yolda inamla addımlayır.
Maştağa qəsəbəsi, 293 saylı məktəbin müəllimi Lətafət İsmayılova