ABŞ kimi böyük bir dövlətin rəhbəri bu ifadədən istifadə etməklə böyük səhvə yol verib. Bütün dünya, o cümlədən, ABŞ özü də yaxşı bilir ki, 1915-ci il hadisələri soyqırım hesab olunmur. Ermənilərin iddiasına görə, burada yarım milyon adam öldürülüb. Bu yanlış məlumatdır və mümkün deyil. Çünki, o dövrdə Osmanlı torpaqlarında 1 milyon 300 minə qədər erməni yaşayırdı. Bu halda, milyon yarım erməni necə öldürülə bilər?! Bütün bunları ABŞ yaxşı bilir. Sadəcə, siyasi hesablar üzərindən hərəkət edərək, cılız mənfəətləri naminə türkləri bu cür yanlış ifadə ilə incidib.
Azərbaycan məsələyə Türkiyə ilə eyni reaksiyanı bildirib. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu da bir daha bizim xalq olaraq yalnız sözdə deyil, əməldə də hər zaman qardaş türk xalqının yanında olmağımıza bariz nümunədir.
Azərbaycan bir daha sübut etdi ki, Türkiyəni incidənlər Azərbaycanın da üzərinə gəlib. Ona görə də, ABŞ prezidenti bu yanlışı Azərbaycan və Türkiyənin daha da yaxınlaşmasına, eyni zamanda türk dövlətlərinin birliyinin gücləndirilməsinə səbəb olacaq. Yəni, biz kiminsə bir ifadə işlətməsindən üzülmək əvəzinə, birlik olaraq güclənib cavab verməliyik. Türkiyəyə edilən bu təyziq tənəzzülə doğru gedən Ermənistanın, erməni xalqının ziyanınadır. Azərbaycan olaraq hər zaman qardaş Türkiyənin yanındayıq və haqlı mövqeyini dəstəkləyirik. Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Həqiqət, reallıq ortadadır.
Bayramova Həqiqət, 75 saylı orta məktəbin direktoru