Ötən ilin sentyabrında başlayan Vətən müharibəsi dövründə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Prezident cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamı olmuşdur. Həmin Sərəncam əsasında SHXÇDX-nin Daşkəsən rayon bölməsi tərəfindən Daşkəsən rayonunun Dəstəfur kəndindən də 13 nəfər, o cümlədən Şıxıyev Orxan Raqif oğlu səfərbərlik üzrə hərbi xidmətə çağırılmışdır. Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgər Orxan Şıxıyev Vətən müharibəsində şəhid olmuş və o 02.11.2020-ci il tarixdə Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Keçirilən dəfn mərasimində bütün rayon ictimaiyyəti nümayəndələri, mən və ailə üzvlərim də iştirak etmişik. Bunu sübut edən fotoşəkillər və video çəkiliş vardır.
Lakin şəhidin anası Şıxıyeva Sevda İsrafil qızı hər yerdə məni şərləyərək danışır ki, guya mən Orxan Şıxıyevə qəsdən müharibəyə çağırış vərəqəsi verib onun həlakına səbəb olmuşam. Sevda Şıxıyeva qohumlarımın, kənddə qonşuların yanında, rayonda ictimaiyyət arasında, “Hürriyyət” youtube internet kanalının redaksiyasında pozğun küçə söyüşləri ilə məni və ailəmi təhqir edir, ədavət aparır, məni rüşvətxor, namussuz adlandırıb şərəf və ləyaqətimi aşağılayan, işgüzar nüfuzumu ləkələyən nalayiq, kobud ifadələr işlədir, məni işdən çıxartdırmaq üçün bütün vasitələrə əl atır.
Bildirirəm ki, Sevda Şıxıyeva ərim Həsənov Rövşən Səməndər oğlunun bibisi nəvəsidir, yaxın qohumluq əlaqəsi var. Sevda Şıxıyeva və onun qohumları ictimaiyyət arasında mərhum qayınatam Həsənov Səməndər Mirzə oğlunu indi də söyüb təhqir edir, məndən də qayınatama görə qisas almağa çalırılar. Belə ki, qayınatam Səməndər Həsənov tanınmış, nüfuzlu şəxs olmaqla, müxtəlif məsul vəzifələrdə işləyib, rayonda Yeni Azərbaycan Partiyasını yaradanlardandır. Sevda Şıxıyevanın bacısı oğlu Məmmədov Asif Rəcəb oğlu vaxtılə dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzasına məhkum edilmişdir. Onun həbs edilməsində Sevda Şıxıyeva və onun qohumları həmin vaxt Dəstəfur kənd icra nümayəndəsi işləyən qayınatamı açıq-aşkar günahkar bilib Asif Məməmmədovun tutulma səbəbini qayınatamla əlaqələndirirlər. Buna görə də məndən qisas alamaq istəyirlər.
Mən özüm ali təhsilli müəlliməm və 10 il Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbinin direktoru olmuşam. 2012-ci ildən hal-hazıradək Daşkəsən RİHB-nin Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyirəm. 2-ci dərəcəli Dövlət qulluqçusuyam. 1996-cı ildən YAP-ın üzvüyəm. İşlədiyim müddətdə də üzərimə qoyulan vəzifələrin məsuliyyətini dərk edərək xidmət göstərmişəm, hər hansı bir xəbərdarlıq və ya töhmət almamışam.
Bütün dövrlərdə Dəstəfur kəndində çalışmışam ki, qayınatamla əlaqələndirilən keçmiş ədavətlə bağlı Sevda Şıxıyeva ilə mənim aramda münaqişə yaranmasın.
Buna baxmayaraq Sevda Şıxıyeva şəhid anası statusundan istifadə edərək keçmişdə olmuş bu ədavətin qisasını almaq üçün dövlət çevrilişi ilə bağlı 13 il həbs cəzası çəkmiş bacısı oğlu Məmmədov Asif Rəcəb oğlu, Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyasının Daşkəsən rayon təşkilatının sədri Mehtili Sabit İmran oğlu, o cümlədən Sərdar Cəlaloğlu və Hafiz Hacıyevlə birləşib, onlar da öz məqsədləri üçün Sevda Şıxıyevaya tapşırıqlar verir, ondan iqtidara qarşı şəhid anası kimi istifadə etməyə cəhd göstərirlər, əsassız şayilərə yayırlar.
Sevda Şıxıyevanın bacısı oğlu Asif Məmmədov məni açıqca hədələyərək deyir ki, səni də, bütün ailə üzvlərini də məhv edəcəyik; məni tutduran qayınatan Səmədərin qisasını səndən alacam. Onlar buna görə də barəmdə müxtəlif yuxarı orqanlara, əsasən radikal müxalifət saytlarına, xaricdəki blogerlərə qərəzli müraciətlər edirlər.
Sevda Şıxıyeva ilə oğlu Orxan Şıxıyev arasında oğlu ailə qurduqdan sonra mütəmadi olaraq münaqişə yaranmışdır və nəticədə Sevda Şıxıyeva Orxan Şıxıyevi arvadı Şıxıyeva Nəzmiyə Araz qızı ilə birlikdə evdən qovmuşdur. Bu ailə münaqişəsi polisdə araşdırıldıqdan sonra Göygöl rayon Məhkəməsinə hüquqi qiymət veriləsi üçün göndərilmişdir. Həmin məsələyə məhkəmədə baxılarkən Orxan Şıxıyev səfərbərlik üzrə hərbi xidmətə, oradan da Vətən müharibəsinə getmiş və müharibədə şəhid olmuşdur.
Hazırda isə Sevda Şıxıyeva mənim barəmdə rekertçiliklə məşğul olan, Qələbəmizi gözdən salmağa çalışan “Hürriyyət” youtube internet kanalında çıxışlar edir. O nəinki mənim, Daşkəsən rayon İcra hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirməyə çalışaraq, barəmizdə tamamilə həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Sevda Şıxıyevanın Daşkəsən rayon İcra
hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı həqiqətə uyğun olmayan qərəzli iddialarla danışmasının başlıca səbəbi Əhəd Abıyevin məni haqsız yerə onun təkidli tələbləri ilə vəzifəmdən azad etməməsidir. Buna görə də o, şəhid anası kimi qərəzli mövqe tutub. Özü də bunu mediadakı çıxışlarında açıq-aşkar deyir.
Daşkəsən şəhərində şəhid Bağırov Elnur Sahib oğlunun xatirəsinə inşa edilən ehsan bulağının 08.07.2021-ci il tarixdə açılışında daşkəsənli şəhid anaları birmənalı olaraq bildirdilər ki, Sevda Şıxıyeva onları aldadıb və onun Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev və mənim barəmdə söylədiklərinin hamısı qərəzli, iftira yalan və böhtandır, xüsusilə guya döyülməsi barədə mediada dedikləri tamamilə kənar maraqlı şəxslərin öyrətməsidir.
Mən Sevda Şıxıyevaya həmişə hörmətlə yanaşmışam, ona bacı demişəm. Amma o, şəhid anası statusu alandan sonra bacısı oğlunun həbsi ilə bağlı köhnə ədavəti yenidən başlayıb məndən və ailəmdən qayınatamın qisasını almağa çalışır. Onun bu kimi hərəktlərinin əsas səbəbi budur.
Buna baxmayaraq mən isə Sevda Şıxıyevanın Göygöl rayonun Yeni Qızılca kəndində yaşan qızı Qasımova Xalidə Raqif qızının icra nümayəndəsi olduğum Dəstəfur kəndindəki kitabxanaya müdir təyin olunmasını xahiş edib işə düzəltmişik. Qızı hazırda həmin kitabxananın müdiridir. Eləcə də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid anası Sevda Şıxıyevanın bacısının keçmiş məhkum Asif Məmmədovun da arvadı Pərvanə Məmmədovanı Dəstəfur kənd tam orta məktəbində işlə təmin edib. Əhəd Abıyevin dəstəyi ilə Sevda Şıxıyevanın oğlu Şıxıyev Sərxan Raqif oğlu “AzerGold” QSC-də işə düzəlmişdi, lakin o, işə getmədən əməkhaqqı almaq istəyirdi. Sevda Şıxıyevanın özü uzun illərdir III dərəcə əlillik pensiyası alır. Əri Şıxıyev Raqif Fərrux oğlu da Daşkəsən Elektrik Şəbəkəsində montyor işi ilə təmin olunub.
Lakin ona olunan diqqət və qayğıya baxmayaraq, Sevda Şıxıyeva bacısı oğlu Asif Məmmədovun vaxtılə tutulmasının Dəstəfur kənd icra nümayəndəsi olmuş qayınatam Səməndər Həsənov ilə əlaqələndirdikləri keçmiş ədavəti təzələyərək məndən qisas almağa çalışaraq məni işimdən azad etdirmək, ailəmin məhv olmasını istəyir.
Sevda Şıxıyeva mənim və ailəmin şərəf və ləyaqətini alçaltdığı, işgüzar nüfuzumu ləkələdiyinə görə onun bu kimi hərəkətlərinə qanun çərçivəsində baxılıb qiymət verilməsi üçün Daşkəsən rayon Məhkəməsində Sevda Şıxıyevaya qarşı iddia tələbi qaldırmışam və hazırda bu məsələ məhkəmdə araşdırılır. Bütün yuxarıda qeyd etiklərimə baxmayaraq, mən Sevda Şıxıyevaya şəhid anası olaraq bacım kimi baxır, ona hörmətlə yanaşıram.
Hazırda Sevda Şıxıyevanın bacısı oğlu 13 il həbsdə yatmış Asif Məmmədov məndən ərizə verib işdən çıxmağımı tələb edir, əks təqdirdə ölümlə hədələyir. Hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Asif Məmmədovun barəsində qanunamüvafiq qabaqlayıcı tədbir görərək təhlükəsizliyimi təmin etsinlər.
Daşkəsən rayon Dəstəfur kənd icra
nümayəndəsi Lalə Cəfərova