Daşkəsən rayon İcra hakimiyyətinin təkzibi

Daşkəsən rayon İcra hakimiyyətinin təkzibi 06.07.2021-ci il tarixdə “Kanal 13” Youtube internet kanalında yayımlanmış Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı “İcra başçısı otağında şəhid anasını döydü” başlıqlı video süjetə Daşkəsən rayon İcra hakimiyyətinin təkzibi

06.07.2021-ci il tarixdə “Kanal 13” Youtube internet kanalında yayımlanmış Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı “İcra başçısı otağında şəhid anasını döydü” başlıqlı video süjetə münasibət olaraq bildiririk ki, Daşkəsən rayon Dəstəfur kənd sakini şəhid anası Şıxıyeva Sevda İsrəfil qızı Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərovanın və onun bütün qohumlarının, həmçinin SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi Faiq Vahabovun və onun sürücüsü Rəşad Həsənovun işdən azad olunmasını tələb edir və müxtəlif əsassız iddialar irəli sürür.

Sevda Şıxıyevanı bacısı oğlu Daşkəsən rayon Muşavaq kənd sakini dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzası çəkmiş Məmmədov Asif Rəcəb oğlu öyrədərək tapşırıqlar verir. Sevda Şıxıyeva da şəhid anası adından istifadə edərək Daşkəsən rayonunun Dəstəfur kəndində qarşıdurma yaradır.

Sevda Şıxıyeva Daşkəsən rayon Dəstəfur kənd icra nümayəndəsi Cəfərova Lalə Rafail qızını şərləyərək bildirir ki, guya o, oğlu şəhid Şıxıyev Orxan Raqif oğluna qəsdən müharibəyə çağırış vərəqəsi verməklə həlakına səbəb olmuşdur.

Həmçinin Sevda Şıxıyeva SHXÇDX-nin Daşkəsən rayon bölməsinə gələrək orada dava salmış, bölmə rəisi Faiq Vahabovun otağına girərək onu təhqir etmiş, bölmənin əməkdaşı Təranə Pirqurbanı döymüş və onları da oğlunu hərbi xidmətə göndərikləri üçün günahlandırmış və bölmə rəisinin sürücüsü Rəşad Həsənovun da dərhal işdən azad olunmasını tələb etmişdir.

Sevda Şıxıyeva ilə gəlini Şıxıyeva Nəzmiyə Araz qızı arasında Orxan Şıxıyev şəhid olduqdan sonra ciddi münaqişə yaranmışdır. Belə ki, Sevda Şıxıyeva Heydər Əliyev Fondu tərəfindən ərinin şəhid olması ilə bağlı Nəzmiyyə Şıxıyevaya verilmiş 10 min (on min) manatı və şəhidin ailə büdcəsinə aid 8 min (səkkiz min) manatı, həmçinin Nəzmiyə Şıxıyevaya toy mərasimində hədiyyə edilmiş qızıl zinət əşyalarını ondan zorla almış, özünü də döyərək evdən qovmuşdur. Şəhid arvadı Nəzmiyə Şıxıyeva ona aid olan pul və qızıl zinət əşyalarının qayınanası Sevda Şıxıyeva tərəfindən döyülərək alınması faktı ilə əlaqədar dəfələrlə respublikanın bütün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bu məsələ ilə bağlı həmçinin Heydər Əliyev Fondunun nümayəndəsi Məhəmməd müəllim və “Yaşat” fondunun himayəçilik şurasının üzvü Sevinc xanım araşdırma aparmış, pulun və qızıl zinət əşyalarının qaytarılmasını tələb etmişlər. Hazırda həmin məsələ Polis şöbəsində araşdırılır.

Sevda Şıxıyeva Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərovanı və onun bütün qohumlarını işdən azad etdirməklə hədələyir. Məqsədi də maddi maraq müqabilində, pul alıb öz namizədlərini işlə təmin etməkdir. Buna görə də o, yuxarı orqanlara qərəzli, əsassız, şər-böhtan xarakterli müraciətlərlə qəbullara gedir.

Daşkəsən rayon Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərova Sevda Şıxıyevanın onu və ailəsini kənddə və rayonda ictimaiyyət arasında pozğun küçə söyüşləri təhqir etdiyi, ədavət apardığı, barəsində şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzunu ləkələyən nalayiq, kobud ifadələr işlətdiyinə, nüfuzdan salmaq, işdən çıxartdırmaq üçün bacısı oğlu Məmmədov Asif Rəcəb oğlunun öyrətməsi ilə bütün vasitələrə əl atdığına görə Daşkəsən rayon Məhkəməsində Sevda Şıxıyevaya qarşı iddia tələbi qaldırmışdır və həmin məsələ hazırda rayon məhkəməsində baxılır.

Sevda Şıxıyeva Daşkəsən rayon İcra hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirməyə çalışaraq, tamamilə həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir ki, guya Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən zorakılığa məruz qalıb. Belə bir hal heç vaxt olmayıb, bu tamamilə Sevda Şıxıyevanın özünün uydurmasıdır və belə bir halın baş verməsi də mümkün deyil.

Sevda Şıxıyevanın bu cür əsassız, qərəzli formada danışmasının, əsassız iddialar irəli sürməsinin səbəbi odur ki, gəlini Nəzmiyə Şıxıyevaya aid olan pul və qızıl zinət əşyalarının qaytarılması və bacısı oğlu Məmmədov Asif Rəcəb oğlunun diktəsi ilə ayrı-ayrı vətəndaşlara pul müqabilində işlə bağlı yalan vədlər verməməsi ona deyiləndə o hədə-qorxu gəlib belə şər-böhtan xarakterli müraciətlərə əl atmaqla məhkəmədən yayınmağa çalışır.

Şəhid ailələrinin problemlərinin həlli istiqamətində Daşkəsən rayon İcra hakimiyyəti əlaqədar qurumlarla, xüsusilə “Yaşat” fondu ilə mütəmadi olaraq məqsədyönlü işlərini davam etdirir.

Hörmətlə,

Əhəd Abıyev

Oxşar xəbərlər