Ötən ilin sentyabrında başlayan Vətən müharibəsi dövründə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Prezident cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamı olmuşdur. Həmin Sərəncam əsasında SHXÇDX-nin Daşkəsən rayon bölməsi tərəfindən Daşkəsən rayonunun Dəstəfur kəndindən də 13 nəfər, o cümlədən Şıxıyev Orxan Raqif oğlu səfərbərlik üzrə hərbi xidmətə çağırılmışdır. Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgər Orxan Şıxıyev Vətən müharibəsində şəhid olmuş və o, 02.11.2020-ci il tarixdə Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Keçirilən dəfn mərasimində bütün rayon ictimaiyyəti nümayəndələri, mən və ailə üzvlərim də iştirak etmişik. Bunu sübut edən fotoşəkillər və video çəkiliş vardır.
Lakin şəhidin anası Şıxıyeva Sevda İsrafil qızı hər yerdə məni şərləyərək danışır ki, guya mən Orxan Şıxıyevə qəsdən müharibəyə çağırış vərəqəsi verib onun həlakına səbəb olmuşam. Sevda Şıxıyeva qohumlarımın, kənddə qonşuların yanında, rayonda ictimaiyyət arasında, “Hürriyyət” youtube internet kanalının redaksiyasında pozğun küçə söyüşləri ilə məni və ailəmi təhqir edir, ədavət aparır, məni rüşvətxor, namussuz adlandırıb şərəf və ləyaqətimi aşağılayan, işgüzar nüfuzumu ləkələyən nalayiq, kobud ifadələr işlədir, məni işdən çıxartdırmaq üçün bütün vasitələrə əl atır.
Bildirirəm ki, Sevda Şıxıyeva ərim Həsənov Rövşən Səməndər oğlunun bibisi nəvəsidir, yaxın qohumluq əlaqəsi var. Sevda Şıxıyeva və onun qohumları ictimaiyyət arasında mərhum qayınatam Həsənov Səməndər Mirzə oğlunu indi də söyüb təhqir edir, məndən də qayınatama görə qisas almağa çalırılar. Belə ki, qayınatam Səməndər Həsənov tanınmış, nüfuzlu şəxs olmaqla müxtəlif məsul vəzifələrdə işləyib, rayonda Yeni Azərbaycan Partiyasını yaradanlardandır. Sevda Şıxıyevanın bacısı oğlu Məmmədov Asif Rəcəb oğlu vaxtılə dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzasına məhkum edilmişdir. Onun həbs edilməsində Sevda Şıxıyeva və onun qohumları həmin vaxt kənd icra nümayəndəsi işləyən mərhum qayınatamı günahkar bilirlər və onun tutulmasını səbəbini də qayınatamla əlaqələndirirlər.
Mən özüm ali təhsilli müəlliməm və 10 il Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbinin direktoru olmuşam. 2012-ci ildən hal-hazıradək Daşkəsən RİHB-nin Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyirəm. 2-ci dərəcəli Dövlət qulluqçusuyam. 1996-cı ildən YAP-ın üzvüyəm. İşlədiyim müddətdə də üzərimə qoyulan vəzifələrin məsuliyyətini dərk edərək xidmət göstərmişəm, hər hansı bir xəbərdarlıq və ya töhmət almamışam.
Bütün dövrlərdə çalışmışam ki, qayınatamla əlaqələndirilən keçmiş ədavətlə bağlı Sevda Şıxıyeva ilə mənim aramda münaqişə yaranmasın.
Buna baxmayaraq Vətən müharibəsi şəhidi Orxan Şıxıyevin anası Sevda Şıxıyeva şəhid anası statusundan istifadə edərək keçmişdə olmuş bu ədavətin qisasını almaq üçün dövlət çevrilişi ilə bağlı 13 il həbs cəzası çəkmiş bacısı oğlu Məmmədov Asif Rəcəb oğlu və Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyasının Daşkəsən rayon təşkilatının sədri Mehtili Sabit İmran oğlu ilə mənə qarşı birləşiblər. Onlar Sevda Şıxıyevandan şəhid anası kimi istifadə edərək onun vasitəsi ilə Dəstəfur kəndində süni qarşıdurma yaradırlar və müxtəlif yollarla məni əsassız ittihamlarla işdən azad etdirməyə çalışırlar. Məqsədləri Asif Məmmədovun istədiyi namizədi yerimə təyin etdirməkdir.
Sevda Şıxıyevanın oğlu Sərxan Şıxıyev və Asif Məmmədov məni açıqca hədələyərək deyirlər ki, səni də, bütün ailə üzvlərini də məhv edəcəyik, qayınatan Səmədərin qisasını səndən alacağıq. Onlar buna görə də barəmdə müxtəlif yuxarı orqanlara, əsasən radikal müxalifət saytlarına, xaricdəki blogerlərə əsassız, qərəzli müraciətlər edirlər.
Sevda Şıxıyeva SHXÇDX-nin Daşkəsən rayon bölməsində sürücü işləyən oğlum Rəşad Həsənovu şərləyir ki, guya Rəşad onu bölmədə təhqir edib, ələ salıb. Bu barədə Xidmət tərəfindən araşdırma aparıldı, lakin Sevda Şıxıyevanın dediklərinin heç biri öz təsdiqini tapmadı. Sevda Şıxıyeva hər gün gəlib oğlum Rəşadı orda təhqir edirdi. Buna görə də o, təhqirlərə dözməyib işdən öz ərizəsi ilə uzaqlaşdı, baxmayaraq onun 1 körpə uşağı var.
Sevda Şıxıyeva ilə oğlu Orxan Şıxıyev arasında oğlu ailə qurduqdan sonra mütəmadi olaraq münaqişə yaranmışdır və nəticədə Sevda Şıxıyeva Orxan Şıxıyevi arvadı Şıxıyeva Nəzmiyə Araz qızı ilə birlikdə evdən qovmuşdur. Bu ailə münaqişəsi polisdə araşdırıldıqdan sonra Göygöl rayon Məhkəməsinə hüquqi qiymət veriləsi üçün göndərilmişdir. Həmin məsələyə məhkəmədə baxılarkən Orxan Şıxıyev səfərbərlik üzrə hərbi xidmətə, oradan da Vətən müharibəsinə getmişdir.
Sevda Şıxıyeva ilə gəlini Şıxıyeva Nəzmiyə Araz qızı arasında Orxan Şıxıyev şəhid olduqdan sonra daha ciddi münaqişələr yaranmışdır. Belə ki, Sevda Şıxıyeva Heydər Əliyev Fondu tərəfindən ərinin şəhid olması ilə bağlı Nəzmiyə Şıxıyevaya verilmiş 10 min (on min) manatı və şəhidin ailə büdcəsinə aid 8 min (səkkiz min) manatı, həmçinin Nəzmiyə Şıxıyevaya toy mərasimində hədiyyə edilmiş qızıl zinət əşyalarını ondan zorla almış, özünü də döyub evdən qovmuşdur. Şəhid arvadı Nəzmiyə Şıxıyeva ona aid olan pul və qızıl zinət əşyalarının qayınanası Sevda Şıxıyeva tərəfindən döyülərək alınması faktı ilə əlaqədar dəfələrlə respublikanın bütün hüquq-mühafizə orqanlarına müraciətlər etmişdir. Bu məsələ ilə bağlı həmçinin “Yaşat” fondunun himayəçilik şurasının üzvü Sevinc xanım araşdırma aparmış, pulun və qızıl zinət əşyalarının qaytarılmasını tələb etmişlər. Hazırda həmin məsələ Polis şöbəsində araşdırılır.
Şər və böhtan xarakterli əməllərlə Sevda Şıxıyeva ilə işbirliyində olan müxalifətçilər, keçmiş məhkum Məmmədov Asif Rəcəb oğlu, Əli İnsanovun Haqq və Ədalət Partiyasının Daşkəsən rayon təşkilatının sədri Mehtili Zabit İmran oğlu, o cümlədən Hafiz Hacıyev və Sərdar Cəlaloğlu Sevda Şıxıyevaya tapşırıqlar verir, iqtidara qarşı şəhid analarından istifadə etməyə cəhd göstərir, əsassız şayiələr yayırlar.
Son günlər isə Sevda Şıxıyeva mənim barəmdə rekertçiliklə məşğul, Qələbəmizi gözdən salmağa çalışan “Hürriyyət” youtube internet kanalında çıxışlar edir. O, nəinki mənim, Daşkəsən rayon İcra hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirməyə çalışaraq, tamamilə həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Onun Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı belə həqiqətə uyğun olmayan iddialarla danışmasının səbəbi Əhəd Abıyevin məni haqsız yerə vəzifəmdən azad etməməsidir.
08.07.2021-ci il tarixdə Daşkəsən şəhərində şəhid Bağırov Elnur Sahib oğlunun xatirəsinə inşa edilən ehsan bulağının açılışında daşkəsənli şəhid anaları birmənalı olaraq bildirdilər ki, Sevda Şıxıyeva onları aldadıb və onun Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev və mənim barəmdə söylədiklərinin hamısı qərəzli, iftira yalan və böhtandır, xüsusilə guya döyülməsi barədə dedikləri tamamilə kənar şəxslərin öyrətməsidir.
Mən Sevda Şıxıyevaya həmişə hörmətlə yanaşmışam, onu özümə bacı bilmişəm. Amma o şəhid anası olandan sonra bacısı oğlu ilə bağlı köhnə ədavətini yenidən başlayıb bizim ailədən qayınatamın qisasını almağa çalışır.
Mən isə Sevda Şıxıyevanın Göygöl rayonun Yeni Qızılca kəndində yaşan qızı Qasımova Xalidə Raqif qızının icra nümayəndəsi olduğum Dəstəfur kəndindəki kitabxanaya müdir təyin olunmasını xahiş edərək işə düzəltmişik. O, hazırda həmin kitabxananın müdiridir. Eləcə də Sevda Şıxıyevanın xahişi ilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Sevda Şıxıyevanın bacısının gəlini həmin Asif Məmmədovun arvadı Pərvanə Məmmədovanı Dəstəfur kənd tam orta məktəbində 3 aya yaxındır, işlə təmin edib. Əhəd Abıyevin dəstəyi ilə Sevda Şıxıyevanın oğlu Şıxıyev Sərxan Raqif oğlu “AzerGold” QSC-də işə düzəlmişdi, lakin o, işə getmədən əməkhaqqı amaq istəyirdi. Sevda Şıxıyevanın özü uzun illərdir III dərəcə əlillik pensiyası alır. Əri Şıxıyev Raqif Fərrux oğlu da Daşkəsən Elektrik Şəbəkəsində montyor işi ilə təmin olunub.
Lakin ona olunan diqqət və qayğıya baxmayaraq, Sevda Şıxıyeva bacısı oğlu Asif Məmmədovun tutulmasının həmin vaxt kənd icra nümayəndəsi olmuş qayınatam Səməndər Həsənov ilə əlaqəndirdikləri keçmiş ədavəti məsuliyyətsiz, qanunazidd hərəkətləri ilə təzələyərək məndən qisas almağa çalışırlar, ailəmin də məhv olmasını istəyir.
Sevda Şıxıyeva mənim və ailəmin şərəf və ləyaqətini alçaltdığı və işgüzar nüfuzumu ləkələdiyinə görə onun bu kimi hərəkətlərinə qiymət verilməsi üçün Daşkəsən rayon Məhkəməsində Sevda Şıxıyevaya qarşı iddia tələbi qaldırmışam və hazırda bu məsələ araşdırılır. Bütün yuxarıda qeyd etiklərimə baxmayaraq, mən Sevda Şıxıyevaya şəhid anası olaraq bacım kimi baxıram.
Daşkəsən rayon Dəstəfur kənd icra
nümayəndəsi Lalə Cəfərova