İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin dünən öldürülməsi xəbərinin ardınca terror təşkilatının yeni liderinin təyin olunduğu barədə məlumat yayılıb.
APA xəbər verir ki, həmin şəxsin əl-Bağdadinin dini işlər üzrə köməkçisi Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşın olacağı bildirilib. Bu haqda “Newsweek” saytı yazıb.
Qeyd edək ki, əl-Bağdadinin öldürülməsi xəbərini ABŞ prezidenti Donald Tramp elan etdikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da “Twitter” hesabından “terrora qarşı apardığımız birgə mübarizəmizin dönüş nöqtəsinə çatdıq, Türkiyə bundan öncə olduğu kimi, bundan sonra da terrorla mübarizəyə davam edəcək”, – mesajını paylaşıb.
Əl-Bağdadinin öldürülməsində ABŞ Rusiyaya, Türkiyəyə, Suriyaya, İraqa və suriyalı kürdlərə təşəkkür edib.
Suriyanın İdlib vilayətindəki bu ortaq əməliyyata 8 helikopterin cəlb edildiyi bildirilir.