İraqın millət vəkili Həsən Səlim İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin ABŞ hərbçilərinin mühafizəsi altında İraq və Suriyaya gedib-gəldiyini iddia edib.
“Ölkə.Az” xəbər verir ki, iddiaya əsasən Bağdadi ABŞ əskərlərinin mühafizəsi altında Ənbər səhrasında istədiyi kimi hərəkət edir.
“El-Nashra” qəzetinin xəbərinə əsasən, İraq parlamentində şiə Əl-Sadikun blokunun vəkili olan Həsən Səlim deyib:
“İŞİD lideri əl-Bağdadi Ənbər vilayətindəki səhranın qərbində Amerika hərbçilərinin mühafizəsi altındadır. O, İraq və Suriyaya rahat gedib-gəlir”.
Millət vəkilinin iddiasına əsasən, ABŞ-ın İraqdakı Ayn-el-Asad hərbi bazasından İŞİD liderinə dəstək verilir. ABŞ ordusu İraqdan xarici qüvvələrin çıxarılması ilə bağlı qanun layihəsinin qəbul ediləcəyi qorxusuna görə Əl-Bağdadini dəstəkləyir.
İraqlı mütəxəssis Haukar əl-Caf “Baghdad Today”ə açıqlamasında hazırda Bağdadinin Sarsar gölü və anadan olduğu Samarra şəhəri arasındakı bir yerdə gizləndiyini bildirmişdi. Onun iddiasına görə, İŞİD lideri İraqda təhlükəsizliyini təmin etmək üçün yerli tayfalarla əlaqələrindən istifadə edib.