Bağdadinin öldürülməsinin səbəbi arvadıdır

Bağdadinin öldürülməsinin səbəbi arvadıdır İŞİD lideri Əbubəkr Bağdadinin yerini ABŞ hökumətinə onun arvadlarından biri verib.

Bu məlumatı “Nyu York Tayms” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Bağdadinin həyat yoldaşının həbsi və sorğusu keçən yay baş tutub.

Qadının etirafından sonra ABŞ xüsusi xidmət orqanları Suriyanın şimal-şərqinə öz casuslarını göndərib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Bağdadinin öldürüldüyünü açıqlayıb. /Axar.az/

Oxşar xəbərlər