Burkina-Fasoda kilsəyə silahlı hücum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalındakı Soum əyalətində protestantlara aid kilsə atəşə tutulub. Nəticədə keşiş və 4 nəfər ziyarətçi dünyasını dəyişib.
Silahlılar 2 nəfəri isə girov götürüb.