ABŞ-da məktəbdə silahlı insident — 17 ölü, 50 yaralı (YENİLƏNİB)

ABŞ-da məktəbdə silahlı insident — 17 ölü, 50 yaralı (YENİLƏNİB) ABŞ-da məktəbdə silahlı insident baş verib.
ABŞ-ın Florida ştatının cənubundakı Parkland şəhərində "Majory Stoneman Douglas" liseyində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 17-ə çatıb.

İnsident nəticəsində 50 nəfər yaralanıb. Liseyin keçmiş şagirdi 19 yaşlı Nikolas Kruz saxlanılıb. Şagirdlər isə hadisəni təlim kimi başa düşüblər və məktəbdə səhər saatlarında təlimlərin keçirildiyini düşünüblər.

Polis məktəbin həyətində 3, içərisində isə 12 nəfərin öldüyünü açıqlayıb. İki nəfər xəstəxanada dünyasını dəyişib.

***
"Ölkə.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Florida ştatının Parkland şəhərində baş verib. İlkin məlumata görə, insident nəticəsində 1 nəfər ölüb, azı 50 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Məktəbdə atəş açan şagird hadisə yerindən qaçıb. Daha sonra isə saxlanılıb.

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı başsağlığı verib.

Oxşar xəbərlər