Ankarada polisə hücum - 20 nəfər həbs edildi

Ankarada polisə hücum - 20 nəfər həbs edildi Türkiyənin paytaxtı Ankarada polis maşınına hücum olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Altındağ rayonunda baş verib. Naməlum şəxslər polis avtomobilinə səs bombası atıb. Maşından enən polislər havaya atəş açıblar.

Təhlükəsizlik qüvvələri şübhəliləri saxlamaq üçün ərazidə əməliyyata başlayıb. Artıq 20 şübhəli həbs edilib. Məlumata əsasən əməliyyat gecə boyu davam edib.

Oxşar xəbərlər