“Allahu Əkbər” qışqırıb - Dua edənləri öldürdülər

“Allahu Əkbər” qışqırıb - Dua edənləri öldürdülər Kanadanın Kvebek əyalətində məscidə silahlı hücum olub.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Kvebekdə yerləşən İslam Mədəniyyət Mərkəzində yerləşən məsciddə atışma baş verib. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər “Allahu Əkbər” qışqıraraq dua edənlərə atəş açıblar.

Nəticədə 5 nəfər dünyasını dəyişib. Məlumatı təsdiqləyən Kanada Baş naziri Castin Tryudo atışmanı “qorxaq hücum” adlandırıb. Bildirilir ki, insidentlə bağlı iki şübhəli saxlanılıb.

Oxşar xəbərlər