İxtiyar Şirindən 20 Yanvarla bağlı açıqlamalar
Əbülfəz Elçibəy hakimiyyəti dövrünün baş prokuroru olmuş İxtiyar Şirin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Hürriyyət” qəzetinə geniş müsahibəsində yeni açıqlamalar verib. İ.Şirin bildirib ki, 20 Yanvar hadisəsi ərəfəsində Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq Bakı şəhərində və rayonlarda nəzarəti öz əlinə götürmüşdü. Çox güman ki, elə buna görə belə göstəriş verilib ki, hakimiyyətdə, vəzifədə olanlar, dövlət qurumları lazım olarsa, özlərini müdafiə etmək üçün Moskvaya müraciət edə bilərlər.
Bu faciəni həmin dövr hakimiyyətdə olan qüvvələrin məsuliyyəti hesab etmək olar: “Hakimiyyətin özü – baş nazirin müavinləri, siz bilmədiyiniz vəzifəli şəxslər, baş nazir, tutaq ki, təhlükəszlik nazirliynin rəhbərliyi, o vaxtı ölkənin faktiki rəhbəri sayılan Mərkəzi Komitənin birinci katibi – bunlar hamısı məsuliyyət daşıyırlar. Burada heç bir səhlənkarlıq ola bilməz. Bunu istintaq da göstərdi. İstintaqın da əsas hissəsi mənim dövrümdə aparıldı. Nə mənə qədər, nə də məndən sonra orada heç bir istintaq aparılmayıb. Mən Rusiyadan məsuliyyətli olan şəxslərin hamısını Moskvada öz müstəntiqlərimizə dindirtdirib, ifadəsini almışam, bir çox məsələlərə aydınlıq gəlib. İstintaq nəticəsində aydın oldu ki, burada heç bir səhlənkarlıq olmayıb. Bu hadisənin törədilməsində o vaxtkı Azərbaycan rəhbərliyi bilə-bilə iştirak edib. Rusiya ordusunun bura çağırılması bilavasitə onların təşəbbüsləri olub. Biz Moskvada orada iştirak edənləri dindirdik. Rıjkovu dindirəndə o, hay-küy saldı. Ondan sonra bizim oradakı istintaq fəaliyyətimizin qarşısı alındı. Biz Rıjkova qədər gedib çıxmışdıq. O, o vaxt Nazirlər Sovetinin sədri idi.
O vaxt təhlükəsizlik naziri işləmiş Vaqif Hüseynovu həbs etdik. İstintaq zamanı aydın oldu ki, Azərbaycan televiziyasının enerji blokunun partladılması bilavasitə Vaqif Hüseynovun göstərişi ilə olub. Ora həm Moskvadan gəlmiş, həm də Təhlükəsizlik Nazirliyinin əməliyyat işçilərini göndərib, oranı partlatmışdılar. Mən Vaqif Hüseynovu həbs etdim. Təbii ki, burada başqa adamlar da həbs olunacaqdı. Artıq işlər planlaşdırılmışdı. Gəncə hadisələri baş verdi, bizim hakimiyyət gedəndən sonra dərhal yeni hakimiyyət Vaqif Hüseynovu həbsdən azad etdi. Müəyyən müddət keçəndən sonra təzədən Vaqif Hüseynov haqqında axtarış elan etdilər. Orada təkcə Vaqif Hüseynov günahkar deyildi, Azərbaycan hakimiyyətindən başqa təqsiri sübut olumuş şəxslər də var idi, heç birinə toxunulmadı, hamısı çıxdı, öz işinə getdi”.
Keçmiş baş prokuror deyib ki, Vaqif Hüseynovdan başqa Təhlükəsizlik Nazirliyinin bir əməliyyat işçisini həbs edibmiş və başqa adamları da həbs etmək planı olub: “Başqa adamlar da həbs olunacaqdı. O cümlədən, buradan Rusiyaya qoşun göndərilməsi üçün teleqram vurmuş şəxslər-Artur Rasi-Zadə və bir neçə adam var idi, indi mən çoxlarını dəqiq deyə bilmirəm, hamısı həbs olunacaqdı. Sadəcə olaraq, Gəncə hadisələrinin baş verməsi bu adamların məsuliyyətdən qaçmasına imkan yaratdı”.
Qeyd edək ki, 20 Yanvar faciəsi zamanı Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov idi. İ.Şirinin dedikləri ilə bağlı Ayaz Mütəllibovun fikirlərini öyrənməyə çalışdıq. Lakin telefonu qapalı olduğundan əlaqə saxlaya bilmədik.(musavat)