Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində ABŞ, Kanada və Meksika arasında 25 illik Şimali Amerika Azad Ticarət Zonası haqqında müqaviləni (NAFTA) əvəzləyəcək yeni üçtərəfli ticarət müqaviləsi imzalanıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, multimilyard dollarlıq yeni NAFTA müqaviləsini ABŞ prezidenti Donald Tramp, Kanada baş naziri Castin Trüdo və Meksikanın prezidenti Enrike Penya Nyeto imzalayıblar. Son anadək sazişin imzalanması yolunda müəyyən qarşılıqlı mübahisələr olmasına, ABŞ-la ticarətdə tariflərin aradan qaldırılmasilə bağlı Kanada və Meksikanın tələblərini Trampın rədd etməsinə rəğmən, müqavilənin imzalanması tarixi hadisə kimi qiymətləndirilib.
“Bu yeni müqavilə Meksika, Kanada və ABŞ-ın gələcək rifahını və innovativ inkişafını təmin edəcək” – imzalanma mərasimindən öncə çıxış edən Tramp bildirib.
ABŞ-Meksika-Kanada Razılaşması (USMCA) adlanan yeni üçtərəfli ticarət paktı 25 illik NAFTA müqaviləsinin bəzi dəyişikliklər edilmiş yenilənmiş formasıdır. Dəyişikliklər əsasən maşın ticarəti, yeni ekoloji və əmək standartları ilə bağlıdır. Lakin müqavilənin qüvvəyə minməsi üçün hər üç ölkənin qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.
Qeyd edək ki, Şimali Amerika Azad Ticarət Zonası haqqında müqavilənin yenilənməsini Tramp tələb etmişdi və bununla bağlı bir ildən çox Kanada və Meksika ilə danışıqlar aparılıb.